“Ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə saxlanmasında dövlət başçılarının böyük rolu var və gələcəkdə bu ənənənin davam edəcəyinə şübhəm yoxdur”
Bunu Rusiyanın Azərbaycandakı yeni səfiri Mixail Boçarnikov Bakıda Rusiyanın dövlət bayramı - Rusiya Günü münasibətilə təşkil olunan qəbulda deyib.
Səfir bildirib ki, dostluq və tərəfdaşlıq, eyni zamanda, yaxşı qonşuluq münasibətləri Azərbaycan ilə Rusiya arasında əməkdaşlığın bütün sahələrini əhatə edir.
"Parlamentlərarası əlaqələr yüksək səviyyədədir. Humanitar istiqamətdə, enerji, nəqliyyat, logistika sahələrində əməkdaşlıq genişlənir. Ticarət dövriyyəsini artırmaq istiqamətində işlər görülür". (azvision.az)
Digər xəbərlər
loading...