Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov silahlı hücuma məruz qalıb.
MilliYol.Az xəbər verir ki, silahlı hücum Ankara Müasir Sənət Mərkəzindənki sərginin açılışı zamanı baş verib.
Çıxış üçün tribunaya çıxmağa hazırlaşan Karlova atəş açılıb. "Hürriyet"in xəbərinə görə, silahlı şəxs özünü polis işçisi kimi təqdim edərək içəri daxil olub. O, əvvəlcə havaya atəş açıb. Daha sonra səfiri güllələyib.
Səfirin vəziyyəti ağırdır.
***
"Milliyət"in son dəqiqə xəbərinə görə, səfir Adrey Karlovun həyatını xilas etmək mümkün olmayıb. Səfirə hücum edən şəxs isə polisin keçirdiyi əməliyyat zamanı öldürülüb.
***
Rusiya Xarici İşlər Nazirliyinin sözcüsü Maria Zaxarova səfir Andrey Karlovun ölümünü təsdiqləyib. Bu barədə o, yerli mediaya qısa açıqlamasında bildirib.
MilliYol.Az
Digər xəbərlər
loading...