Braziliyanın futbol əfsanəsi Ronaldo "İnter" klubunun rəsmi kanalına maraqlı açıqlama verib
MilliYol goal.az-a istinadən xəbər verir ki, "sambaçı" 1997-ci ildə "Barcelona"dan getməsinin səbəbindən söhbət açıb.
"Klubla yeni müqavilə imzalamaq üçün danışıqlar aparırdım. Amma razılığa gələ bilmədik. Qərara aldım ki, artıq bu komandada oynamaq istəmirəm. Çünki klub rəhbərliyinə inamım qalmamışdı. "İnter" mənə böyük sınaq təklif etdi. Həmin vaxt A Seriyası dünyanın ən yaxşı liqalarından biri və birmənalı olaraq, ən çətini idi" - 2002-ci ilin dünya çempionu qeyd edib.
Digər xəbərlər
loading...