Cümə axşamı, 20 Sentyabr 2018
USD : 1.7
EUR : 1.9602
Hava
+29 ° Baku
+25 ° Quba
+25 ° Qusar
+26 ° Gəncə
+22 ° Lənkəran
+28 ° Naxçıvan
+29 ° Salyan
+23 ° Şəki

Rəsmi Pekindən islahat qərarı: cəmi 8 nazir postu olacaq


Pekində davam edən 13-cü çağırış Ümumçin Xalq Nümayəndələri Yığıncağının (ÜXNY) illik sessiyasında hökumətdə struktur islahatları ilə bağlı plan qəbul olunub

MilliYol.Az Azərtac-a istinadən xəbər verir ki, martın 13-də qəbul olunan plan Dövlət Şurasındakı (Nazirlər Kabineti) mövcud olan bəzi qurumların birləşdirilməsini, ləğv edilməsini və ya yenilərinin yaradılmasını, habelə mövcud təsisatların səlahiyyətlərinin artırılmasını nəzərdə tutur.

Plana əsasən, Dövlət Şurası 26 nazirlik və komissiyadan ibarət olacaq, rəhbəri nazir statusu olan qurumların sayı 8-ə, nazir müavini statusunda olan təsisatların sayı isə 7-ə endiriləcək.

Bundan başqa Təbii Ehtiyatlar, Veteran Məsələləri və Fövqəladə İdarəetmə nazirlikləri yeni yaradılacaq qurumlardandır. Bundan başqa, Mədəniyyət Nazirliyi ilə Milli Turizm Administrasiyası birləşdirilərək Mədəniyyət və Turizm Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi ləğv edilərək Kənd Təsərrüfatı və Kənd Məsələləri Nazirliyi yaradılacaq.

Dövlət Şurasının nəzdində fəaliyyət göstərəcək yeni qurumlar arasında Beynəlxalq İnkişaf Əməkdaşlığı Agentliyi və Dövlət Miqrasiya Administrasiyası da vardır.

Nəzarət Nazirliyi Çin konstitusiyasına edilən əlavə əsasında yeni yaradılan və birbaşa Ümumçin Xalq Nümayəndələri Yığıncağına tabe olan Dövlət Nəzarət Komissiyasına birləşdirilib.

MilliYol.Az
Etiket:

loading...