"Qarabağ" "Fiorentina" ilə tarixi matça hazırlaşır. Azərbaycan çempionu vacib matça itkilərlə çıxmalı olacaq.
Belə ki, Maksim Medvedev və Migel Madera cəzalı olduğu üçün italyanlara qarşı oynamayacaq. Bundan başqa kapitan, komandanın lideri Rəşad Sadıqovun da zədəsi var. Onun məşqlərə başladığı bildirilsə də, oynayıb-oynamayacağı bilinmir.
Fanat.Az kapitanın son durumunu öyrənmək üçün "Qarabağ"ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovla əlaqə saxlayıb. Klub rəsmisi açıqlamasında bunları deyib: "Rəşad hazırda fizioterapist nəzarəti altında, xüsusi proqramla məşq edir. Onu oyuna qədər hazır vəziyyətə gətirməyə çalışırlar. Oynayıb-oynamayacağı oyun günü bilinəcək".
MilliYol.Az
Digər xəbərlər
loading...