Qətər dövlətinin əmiri şeyx Təmim bin Həməd əl-Tani
Saymon Henderson
Slate.fr (Fransa), 06.07.2017
Əslində, Qətərin başında kim durur? Ölkəyə 2013-cü ildə atası Həməd bin Xəlifə əl-Tani taxtdan imtina etdikdən sonra rəsmən 37 yaşlı əmir Təmim bin Həməd əl-Tani başçılıq edir. Lakin, budur, bu gün Qətərlə ciddi diplomatik münaqişə törətmiş Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin rəhbərliyi əmindir ki, iplər indiyədək “ata şeyx” Həmədin əlindədir. Həqiqəti Fars körfəzində İranın paxıl baxışları altında ABŞ-ın vasitəçi rolu oynamağa cəhd etdiyi böhranın nəticəsi müəyyən edə bilər.
Dohada kimin əsil ağa olduğu haqda çoxlu rəylər var, bunların heç birini keçmiş köçəri tayfası, bu gün önəminə görə dünyada üçüncü təbii qaz ehtiyatlarının sahibi olan əl-Tani sülaləsi üçün ürəyəyatan adlandlırmaq olmur.
“Əlbəttə, Həməd Əmirlikləri və Bəhreyni sevmir, amma Səudiyyə Ərəbistanına, sadəcə, nifrət edir”, – Dohada birinci il işləməyən diplomat deyir.
Onun sözlərinə görə, Qətər diplomatiyasının əsil başçısı atadır. Hər şey əsasən, 65 yaşlı Həməd “tarixi” və “dərin şəxsi perspektivi” təqib edir. O necə olubsa, bir dəfə Britaniya müdafiə naziri ilə birlikdə beş günü köhnə xəritələr asılmış bir otaqda keçirib və əl-Taninin Fars körfəzinin hazırda böyük hissəsi Səudiyyə Ərəbistanının olan müxtəlif bölgələri ilə əlaqələrini göstərib.
Nə zamansa saraya girişi olmuş qaynaq Həmədi “qətiyyətli” və “təhlükəli adam” adlandırır.
“Əl-Cəzirə” avanqardda
Biz hakim ailədən daha da uzaqlaşdıqca hökmlər bir o qədər yumşalır. 2022-ci il futbol üzrə dünya çempionatı Təşkilat Komitəsinin avropalı üzvü heab edir: “Təmimin işıqlı beyni var, atası isə onu yönəldir”. Tədbir infrastruktura artıq bir milyardlıq yatırım aparıb – Avropanın bir kəşfiyyat xidmətində güman edildiyi kimi, hələ FİFA məmurlarına ehtimal edilən tam 160 milyon avro təşkil edə biləcək rüşvəti demirik. Bu cür məbləğ Doha üçün, az qala, cib xərcliyidir. Qətər qazın sayəsində dünyada hər sakinə düşən ən yüksək ÜDM göstəricisi ilə qürrələnə bilər. Həməd hələ hakimiyyətdə olanda bölgədəki ilk sputnik telekanal “Əl-Cəzirə”ni yaratmaqdan ötrü bu sərvəti cəngəlinə keçirib. “Əl-Cəzirə” Qətərin nüfuzunu əsaslı şəkildə genişləndirməklə qonşuların narazılığını doğurub: kanal müxaliflərə və ilahiyyatçı Yusuf əl-Qərdəvi kimi gözdən düşmüş vaizlərə söz verir. Həməd isə, adətən, onun kanalının törətdiyi diplomatik qəzəbə göz yumurdu. O, yeganə (və dedikcə ikiüzlü) bəraət qismində “Əl-Cəzirə”nin müstəqilliyi və söz azadlığını vurğulayıb.
Həməd bu qayda ilə qonşuları cinləndirməkdə heç bir imkanı qaçırmırdı – bu, 1980-ci il İran-İraq müharibəsindən sonra bölgəni bürümüş burulğanda ərəb monarxiyaları və əmirliklərinə duruş gətirməkdə çox yardım etmiş Fars körfəzi Əməkdaşlıq Şurasının (FKƏŞ) özülünü sarsıtsa da.
20 ildən çox çəkən rəqabət
Həmədin qonşuların əsəbləri ilə necə oynadığına örnəklər hədsiz dərəcədədir. Məsələn, Suriyada vətəndaş müharibəsinin başlanğıcında Qətər ən təhlükəli cihadçıları maliyyələşdirmək hüququ üzündən Səudiyyə Ərəbistanı ilə dalaşıb. Doha islam dünyasının gələcəyi saydığı “Müsəlman qardaşlar”a dəstək verib. Demək lazımdır ki, yetərincə qəribə mövqedir, çünki təşkilat Qətərin özünün də aid olduğu vəliəhd rejimlərinə qarşı çıxış edir.
Həmədin qonşularla rəqabəti onun idarəçiliyinin ilk günlərindən başlanb. 1995-cin ildə atası devrildikdən sonra Səudiyyə Ərəbistanı və BƏƏ-nin Bəhreynin dəstəyi ilə təşkil etdiyi əks-çevrilişin öhdəsindən gəlməli olub. Yüzlərlə bədəvi muzd tutulub , səhrada isə, ən azı, silahla dolu gizli yer aşkarlanıb. Plan üsyançı əsgərin xəbərçiliyi üzündən iflasa uğrayıb. Amma Həmədin böyük narazılığına rəğmən ABŞ tərəfdən qınaq olduqca təmkinlə səslənib. Amerikalılar bölgədəki əsas müttəfiqləri ərəbistanlılara qarşı çıxmaq arzusu ilə alışıb yanmırdılar. Lakin Riyad minnətdarlıq göstərmədi. Ərəbistanlılar 2003-cü ildə amerikalıları “Şahzadə Sultan” aviabazasından istifadə icazəsindən məhrum etdilər. Nəticədə ABŞ aviasiyası Qətərin məhz bu hal üçün inşa etdiyi böyük “əl-Udəyd” bazasına köçdü. Amerika təyyarələri Əfqanıstan və İraqda, həmçinin İŞİD-ə əməliyyatlara qarşı qatılmaq üçün məhz oradan havaya qalxıb.
Tələblərin qəbul edilməməsi
Bu gün Səudiyyə Ərəbistanı, BƏƏ və Bəhreyn Misirin yardımı ilə Qətəri təcridə səy edir: onlar aviaşirkətlərin reyslərini dayandırıb, təchizatı məhdudlaşdırıb və Səudiyyə Ərəbistanına yerüstü yolu bağlayıblar. Sonra 13 tələblik siyahı tərtib edib və Qətərə iyulun 2-ədək vaxt verib ki, bunu qəbul etsin.
Doha hamısını rədd edib. Tələblər İran “inqilab keçikçiləri”ni ölkədən çıxarmaq kimi tam cəfənglikdən tutmuş (Qətərdə onlardan, heç olmasa, biri varmı?) ərəbistanlı, əmirliklər, Bəhreyn və Misir müxaliflərinin sürgünü kimi aşkar həqiqətləri ehtiva edir. Bunların içində tam mümkünsüz biri də var: beynəlxalq brend, bütün dünyaya yayımlanan və bir neçə milyard avroluq dövriyyəsi olan “Əl-Cəzirə”nin bağlanması. Aşkarca Doha ona diktə edilən qaydalarla oynamağa hazırlaşmır: Riyad və Əbu-Dabi gizli qalmalı olan ultimatumun car çəkilməsinə əsla şad deyil. Hər necə olur-olsun, bu gün qarşıda sual durur: sonra nə etməli?
Mübahisəli varis
Həməd və Təmimin reaksiyası nisbətən uzunmüddətli perspektivdə əl-Tani qəbiləsi tərəfdən onlara basqıdan asılıdır. Həmədin və xüsusən də Təmimin liderliyi hamı tərəfindən qəbul edilmir. Atanın hakimiyyətə gəlişi 1995-ci ildə qəbilə tərəfindən ən yaxşı şəkildə qəbul edilməyib və bu rəy bu gün də güclüdür. Qan bağlarının əl-Tani üçün böyük önəmi var və Həmədin anasının əl-Əttiyyə tayfasının törəməsi olması faktı onun xeyrinə işləmir. Təcrübəli bir müşahidəçinin qeyd etdiyi kimi, beləliklə çoxları Həmədi yarımcins, “yuvadakı ətcəbala” sayır. Həmədin üç arvadından ikisi əl-Tani qəbiləsindən, lakin sevimli anası Moza (Təmimin anası) əl-Missnəd tayfasındandır.
Nəticədə ailədə Təmimin durumu atasınınkından daha dayanıqsızdır. Şübhəsiz, Ər-Riyad və Əbu-Dabi onu daha legitim və intizamlı varislə əvəzləməyə çalışır.
Yəqin ki, Qətər cəmiyyəti bütövlükdə Səudiyyə Ərəbistanı ilə ixtilafda və hazırda ərzaq tədarükünü üzərinə almış İrandan asılı olmaq istəmir.
Gizli kart?
Zəmanət yoxdur ki, Həmədi, ən azı, indi mövqeyi dəyişməyə məcbur etmək üçün daxili basqı kifayət edəcək. Lakin onun sağlıq durumu həlledici amil ola bilər. Nə zamansa kök olmuş Həməd xeyli çəki itirib, lakin bununla belə sağlam görünmür. Böyrəklərində problem var və diplomatlaırn sözlərinə görə, ən azı, artıq bir dəfə əməliyyata məruz qalıb.
Müasir diplomatiyada Həməd və Təmimin imici çox da yaxşı deyil. Lakin Həməd son nəticədə Fars körfəzindəki böhrandan özü üçün fayda götürə bilər. Hələ bir neçə il qabaq Qətərin ərzaq təhlükəsizliyinin təminatı layihəsi əl-Tani qəbiləsindən Həməd bin-Əliyə tapşırılmışdı. Diplomatlar o zaman bunu Hörmüz boğazının bağlanması riskinə cavab saymışdılar. Bu gün isə “ata şeyx”in strateji istedadına şübhə yeri qalmır. O, köynəyinin qolunda daha hansı kartları gizlədib?
MilliYol.Az
Digər xəbərlər
loading...