“İranın Qərbi Azərbaycan əyalətində terrorçu İŞİD qruplaşmasının 40 casusu tutulub”
“Report” İran KİV-inə istinadən xəbər verir ki, bunu həmin əyalətin mərkəzi Urmiyadan olan deputatı Nadir Qazipur bildirib.
Onun sözlərinə görə, terrorçulardan çoxlu sayda silah-sursat aşkarlanaraq götürülüb. Deputat deyib ki, qruplaşmanın casusları Qərbi Azərbaycanın Piranşəhr, Sərdəşt, Mahabad, Bukan və Tikab şəhərələrində Qədr gecəsində terror aktı törətməyi planlaşdırırmışlar.
MilliYol.Az
Digər xəbərlər
loading...