Bazar ertəsi, 22 Oktyabr 2018
USD : 1.7
EUR : 1.9602
Hava
+29 ° Baku
+25 ° Quba
+25 ° Qusar
+26 ° Gəncə
+22 ° Lənkəran
+28 ° Naxçıvan
+29 ° Salyan
+23 ° Şəki

Qazaxda 26 yaşlı qadın güllələndi


Qazax rayonunda güllələnmə hadisəsi baş verib

Hadisə rayonun Yuxarı Salahlı kəndində baş verib. Kənddə yaşayan 1992-ci il təvəllüdlü Mehriban Məsimova güllə yarası ilə xəstəxanaya yerləşdirilib.

Məlumata görə M. Məsimova 2 il əvvəl başqa kənddən Yuxarı Salahlıya gəlin köçüb və bir övladı var. Onun gecə saat 3-4 radələrində münaqişə zəminində ov tüfəngindən açılan atəş nəticəsində xəsarət aldığı bildirilir. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları atəş açan şəxsin tapılması istiqamətində tədbirlər həyata keçirirlər. (APA)

Etiket:

loading...