Qaradağ rayonu ərazisindəki ticarət mərkəzlərindən birində çalışan Ramiz Həsənov icarədarı olduğu mağazadan oğurluq olması barədə 10-cu polis bölməsinə müraciət edib
O, ərizəsində hesabat apararkən 2014-cü ildən cari il oktyabrın 18-dək olan müddətdə mağazadan ümumilikdə 30 min manat dəyərində məişət əşyalarının çatışmadığını bildirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirildiyinə görə, polis əməkdaşlarında oğurluğun mağazada işləyən satıcı tərəfindən törədilməsində əsaslı şübhələr yarandığından sonuncu saxlanılaraq polis bölməsinə gətirilib.
Araşdırmalarla onun Mingəçevir şəhər sakini Adil Müzəffərov olduğu müəyyənləşib. Satıcı təqribən 3 il ərzində həmin mağazadan dəmir və misdən hazırlanmış məişət əşyalarını oğurlayıb sataraq pulunu mənimsədiyini etiraf edib.
Faktla əlaqədar Qaradağ Rayon Polis İdarəsinin İstintaq şöbəsində cinayət işi başlanılıb.
MilliYol.Az
Digər xəbərlər
loading...