Bazar ertəsi, 22 Oktyabr 2018
USD : 1.7
EUR : 1.9602
Hava
+29 ° Baku
+25 ° Quba
+25 ° Qusar
+26 ° Gəncə
+22 ° Lənkəran
+28 ° Naxçıvan
+29 ° Salyan
+23 ° Şəki

Qarabağda məhv edilən məşhur terrorçunun qohumları Xankəndinə gəldilər


Məşhur terrorçu Monte Melkonyanın qohumları işğal altındakı Qarabağ torpaqlarlına səfər ediblər

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, onları separatçı rejimin rəhbəri Bako Saakyan qəbul edib. Səfər Monte Melkonyanın ölümünün 25 illiyi münasibətilə təşkil olunub.

M.Melkonyan Azərbaycan ordusunun hərbçiləri tərəfindən məhv edilib.

Xatırladaq ki, Monte Melkonyan 1957-ci ildə ABŞ-ın Kaliforniya ştatının Viseliya şəhərində anadan olub. 70-ci illərin sonlarında Livanda yaradılan “Asala” erməni terror qruplaşmasının sıralarında türk diplomatlara qarşı hücumlar təşkil edib. 1991-ci ildə Qarabağa gələrək qanunsuz hərbi birləşmələrin tərkibində vuruşub. 1993-cü il iyunun 12-də Ağdamın Mərzili kəndində döyüşçülərimiz tərəfindən məhv edilib. Onu İrəvanda basdırıblar.


MilliYol.Az
Etiket:

loading...