Çərşənbə, 19 Sentyabr 2018
USD : 1.7
EUR : 1.9602
Hava
+29 ° Baku
+25 ° Quba
+25 ° Qusar
+26 ° Gəncə
+22 ° Lənkəran
+28 ° Naxçıvan
+29 ° Salyan
+23 ° Şəki

Qadınlar kriminal xəbər izləsə...


Qəzetlərdə cinayət xəbərlərini oxuyandan sonra qadınlarda stress hormonu artır

Kanadalı alimlərin araşdırmasına görə, bu cür xəbərlərə kişilərdən fərqli olaraq qadınlar daha həssas reaksiya verir.

Araşdırma çərçivəsində alimlər qəza və cinayətlə bağlı üzücü xəbərlərlə yanaşı, hər hansı emosional reaksiya doğurmayan xəbərləri də seçib. Qadın və kişilərdən ibarət təcrübə “obyektləri” hər iki növdən olan 24 xəbəri 10 dəqiqə ərzində oxuyub. Stress testinə salınan bu şəxslərin tüpürcək nümunələrindəki xortizol səviyyəsi ölçülüb. Məlum olub ki, mənfi yüklü xəbərləri oxuyan qadınlarda daha çox stress hormonu yaranır. Eyni durum kişilər üçün keçərli deyil. Çünki onların əhvalı belə xəbərlərdən sonra dəyişmir.

MilliYol.Az
Etiket:

loading...