Böyük Britaniya şahzadəsi Harri ilə ailə quran Meqan Marklın kral ailəsində əməl edəcəyi şərtlər açıqlanıb
Teleqraf.com xarici KİV-ə istinadla xəbər verir ki, Meqan Markla aşağıdakı şərtlər barədə izahat verilib:
- Artıq aktrisa kimi fəaliyyət göstərə bilməz.
- Seçkilərdə səs verməyəcək. Çünki qaydalara görə, kraliçadan başqa kimsə səs verə bilməz.
- Heç bir yerə gecikməməlidir. Yemək və yatmaq vaxtı barədə özü qərar verə bilməz. Bunları yalnız kraliça müəyyən edir.
- Hər hansı bir sosial şəbəkədən istifadə edə, bloq yaza bilməz. Meqan Markl ötən il şahzadə Harri ilə nişanlandıqdan sonra sosial şəbəkə səhifələrini bağlayıb.
- Saraya hörmət əlaməti olaraq selfi çəkə bilməz.
- Dırnaqlarının diqqət çəkən rəngdə boyası olmamalıdır.
- Qısa ətək geyib, ayaqlarını göstərə bilməz. Eyni zamanda alaqlarını ayağının üstünə aşırmamalıdır.
- İmzasının surəti çıxarılmasın deyə kral ailəsi heç bir yerə imza ata bilməz.
Qeyd edək ki, mayın 19-da Böyük Britaniyanın Berkşir qraflığındakı Vindzor qəsri ərazisində yerləşən Müqəddəs Georgi Kilsəsində şahzadə Harri ilə Meqan Marklın rəsmi nikah mərasimi olub.
Digər xəbərlər
loading...