Çərşənbə, 19 Sentyabr 2018
USD : 1.7
EUR : 1.9602
Hava
+29 ° Baku
+25 ° Quba
+25 ° Qusar
+26 ° Gəncə
+22 ° Lənkəran
+28 ° Naxçıvan
+29 ° Salyan
+23 ° Şəki

Politoloq: “İranda inqilab başlayır”


“ABŞ prezidenti Donald Tramp sələfi Barak Obamadan fərqli olaraq, İrana qarşı ən sərt cəza tədbirlərinə üstünlük verir. Trampın sərt sanksiyaları İran iqtisadiyyatını defolta apara biləcək səviyyədədir”

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Politoloq qeyd edib ki, İranın Yaxın Şərqdə ABŞ-ın mövqelərinə qarşı açıq hücumları Trampın nüvə anlaşmasından çıxmasına zəmin yaratdı:

“Trampın nüvə müqaviləsindən çıxması normal idi. Çünki İran bu anlaşmadan istifadə edərək, Yaxın Şərqdə silahlı birləşmələri maliyyələşdirdi və bir neçə istiqamətdə qoşuldu. Suriya, Yəmən və İraqda gedən proseslərdə İranın fəal rol aldığı danılmaz faktdır. Yəməndə qiyamçı husilərə dəstək verən İran açıq formada Səudiyyə Ərəbistanını hədəfə alıb. Beləliklə, İranın Yaxın Şərqdəki hərbi fəaliyyətləri onu ABŞ-ın sərt sanksiyaları ilə üz-üzə qoyub. Artıq sanksiyaların təsirləri özünü göstərir. Rialın dollar qarşısında kəskin ucuzlaşması əhalinin gəlirlərini hiss ediləcək dərəcədə azaldıb, alıcılıq qabiliyyəti aşağı düşüb”.

M.Əsədullazadə bildirib ki, sanksiyalar İran hakimiyyəti daxilində çat yaradıb: “Rejim daxilində mühafizəkarla islahatçıların qarşıdurması kəskinləşib. Mühafizəkar kəsim iqtisadi böhranın məsuliyyətini qarşı tərəfin üzərinə qoyur. İran cəmiyyəti isə bütöv rejimi iqtisadi inkişafın qarşısına alan maneə kimi görür. Cəmiyyətə görə, rejimin Yaxın Şərqdə apardığı müharibələrin İrana aidiyyatı yoxdur. Buna görə də, Avropa İttifaqının ABŞ-ın sanksiyalarına qoşulması, İranda inqilabla nəticələnə bilər. Hazırkı etiraz aksiyaları bu prosesin başlanğıcıdır. ABŞ-ın da əsas məqsədi budur ki, etirazları siyasi müstəviyə çıxarıb hakimiyyət dəyişiklikliyi yarada bilsin”.
Etiket:

loading...