Kürdəmirin icra başçısı fəhlələrin pulunu niyə vermir? Neftçalanın Qoltuq kəndində nə baş verir: otlaq sahələri niyə şumlanır? (FOTOLAR) “Salyan postu”nda sürücülər üçün yenilik - FOTO/VİDEO Bakı sakini: “Ekspertiza rəyinə baxmayaraq, məhkəmə iddiamı təmin etmədi“
 

Polis rəisinə dəhşət saçan ittihamlar! - Video

Tarix 15.05.18, 16:05

Font ölçüsü : - / +
bitmap-img6


“Bəzən hüquq-mühafizə orqanlarının işçiləri otellərə gəlib əsassız müdaxilə edirlər, qonaqları incidirlər, guya ki, onlar burada hansısa normaları gözləyirlər. Onun arxasında yenə də təmənna, pul qoparmaq, cibini doldurmaq niyyəti var. Buna da son qoyulmalıdır… Çox ciddi tədbirlər görülüb və bir daha demək istəyirəm ki, əgər bu sahədə və hər hansı bir BAŞQA SAHƏDƏ bu cür pozuntular olarsa və ümumiyyətlə rüşvətxorluqla bağlı əgər bundan sonra bu özbaşınalıq davam edərsə, çox ciddi tədbirlər görüləcək, heç bir keçmiş xidmət nəzərə alınmadan bütün məsul şəxslər cəzalandırılacaqlar”


Prezident açıq mətnlə hüquq-mühafizə orqanlarının əməkdaşlarından iş adamlarının fəaliyyətinə yersiz müdaxilələrə son qoymağı, öz maraqları naminə sahibkarları incitməməyi tapşırıb. Belələrinin sərt şəkildə cəzalandırılacağını bildirib. Ancaq saytımıza olan müraciətlərdən belə məlum olur ki, bəziləri ya bu xəbərdarlıqdan nəticə çıxarmayıb, ya da əməllərinin gizli qalacağını düşünürlər.

Hər halda Bakı şəhəri, Hövsan qəsəbəsi, E.Məmmədov küçəsi ev 4, mənzil 29 ünvanında qeydiyyatda olan sahibkar Məmmədov Etibar Əliağa oğlu tərəfindən “AzPolitika.info” saytı vasitəsilə Prezident İlham Əliyevə və 1-ci vitse-prezident Mehriban xanım Əliyevaya ünvalanmış məktub belə düşünməyə əsas verir.

“Donuzu başından vurdu və mənə “donuzun yerində ailəndən birinin olduğunu düşün” dedi”



E.Məmmədov sahibkarlıq fəaliyyəti ilə məşğuldur, Xudatda fermer təsərrüfatının sahibidir. O, Xudat Polis Bölməsinin rəisinin təqiblərilə üzləşdiyini, bu səbəbdən təsərrüfatını ataraq, rayonu tərk etmək məcburiyyəti qarşısında qaldığını deyir. E.Məmmədovun surəti Baş prokuror Zakir Qaralov, Daxili işlər naziri Ramil Usubov və Prezidentin köməkçisi Fuad Ələsgərova da ünvanlanan məktubunda deyilir: “Sizə müraciətim Xudat Rayon Polis Bölməsinin rəisi, po­lis pol­kov­nik-ley­te­nan­tı Hacıyev Fəxrəddin Fərhad oğlunun başıma açdığı oyunlarla bağlıdır. Belə ki, bu il martın 10-da Xudatda mənə məxsus fermada olduğum zaman Fəxrəddin Hacıyev, müavini Mahir (qara pulu yığan), Samir, sürücüsü və digər şəxslər bir neçə maşınla fermaya daxil oldular. Fəxrəddin Hacıyev fermada siçovul olduğunu və onları öldürməyə gəldiklərini dedi. Bundan sonra məndən fermamdakı donuzlardan birini ofisin qabağına gətirməyimi tələb etdi. Mahirdən aldığı silahla donuzu güllə ilə vurdu. Donuz yaralandı, bundan sonra Kalaşnikov silahı ilə yenidən atəş açaraq heyvanı başından vurdu. Sonra istehza ilə üzünü mənə tutaraq, atıcılıq qabiliyyətinin necə olduğunu soruşub, “donuzun yerində ailəndən birinin olduğunu düşün” deyə, məni hədələdi.  Tapançadan açılan giliz məndədi və sözügedən şəxslər barəsində istintaq aparılarkən aidiyyatı orqana təslim edəcəm. Buna dair videogörüntü var (Yazıya əlavə olunub-red.) və aidiyyatı qurumlara təqdim ediləcək”.

“Dostumun atasına dedi ki, oğlun əməliyyatıma mane oldu, Etibarın maşınından silah çıxardacaqdım”

Sahibkar məktubunda Xudat Rayon Polis Bölməsinin rəisinin ona qarşı bu münasibətinin səbəbinə belə aydınlıq gətirib: “Onunla tanışlığımız 1 il bundan əvvəl başqa bir dostumun vasitəsi ilə olub. Sonra həmin şəxslə onun münasibəti pozuldu və mənimlə prinsip aparmağa başladı. Bir gün mən dostum Muradov Murad Rəsul oğluna məxsus (90 MM 907) “WRANGLER” markalı avtomobili idarə edirdim. Fəxrəddin Hacıyev Dövlət Yol Polisi əməkdaşları (90 YP 193 dövlət qeydiyyat nişanlı avtomobildəki) vasitəsilə yolda məni saxlatdı. Heç bir səbəb demədən məni və dostumu polis bölməsinə apardılar. Emin adlı polis bölməsinin əməkdaşı bizim avtomobilə oturdu. Dostum Muradı və məni polis bölməsində yerləşən müvəqqəti saxlama məntəqəsinə saldılar. Muradı 1 saat sonra buraxdılar. Polis rəisi Muradın atasına dedi ki, sənin oğlun gəlməklə mənim əməliyyatıma mane oldu. Mən Etibarın maşınından silah çıxardacaqdım. Oğlun orda olduğu üçün mən həmin maşına silahı yerləşdirə bilmədim.

Nəhayət, 9 saat sonra dostum Murad mənim xahişimlə mənə 1000 manat pul verdi. Həmin pulu şəxsən bölmə rəisinə verdim və əlavə 1000 manat gətirəcəyimə söz verdim. İki gün sonra əlavə 1000 manat gətirib Elçin Hacıbalayevə və bölmənin əməkdaşı Ceyhuna polis rəisi Fəxrəddinə çatdırmaq üçün verdim. Məndən bu pulu bölmədə 30 gün həbs edəcəkləri hədəsiylə istədilər. Məni ailəm və övladlarımla hədələyərək zorla izahata qol çəkdirdilər ki, guya onları təhqir etmişəm. Dedilər  ki, əks halda sən bölmədən çıxmamış evdəkilərdən birinin meyitini alacaqsan. “Mənə hansı balanı çox istəmirsən, birinci onun adını de, ondan başlayım” dedi. Məcbur qalıb izahata qol çəkdim. Bu proseslərdə pul verilən zaman yanımda olan şəxslər var. Şahid kimi göstərilə bilərlər”.

“Məni hədələyərək, 9000 manata aldığım Qarabağ atını götürüb apardılar”
Sahibkar yazır ki, polis rəisi onun bahalı atlarını da aparıb, digər qanunsuz tələblər irəli sürüb. “Yarış atlarım olduğundan məlumatları olduğu üçün, məni hədələyərək 9000 manata aldığım Qarabağ atını götürüb apardılar. Bir müddət sonra yenə 9000 manata aldığım ingilis atını alıb apardılar. O gündən sonra 45 gün müddətində üstəlik məni atlara baxmağa məcbur etdi. Qaşovlamaq, iynəsini vurdurmaq və s. hər bir işi şəxsən özümə etdirirdi…

Bir dəfə isə məndən qurban kəsmək üçün quzu tapmağımı istədi. Mən də işçimin vasitəsiə 4 quzu tapıb aldım. Quzular cəmi 620 manat pul tutdu. Pulun 300 manatını ödəyib dedi ki, 2-si anama çatacağı üçün pulunu özüm verəcəm, qalanını isə öz hesabından ver”.

“Hər axşam təşkil etdiyi eyş-işrət məclislərinə çağırıb, mənə zorla araq içirirdi…”

Etibar Məmmədov bütün bu təzyiqlər nəticəsində xəstəlik tapdığını bildirir: “Müvəqqəti saxlama məntəqəsində olarkən mənə qarşı edilən bu hərəkətlərin nəticəsində çox güclü stres keçirdim. Ürəyimdə ağrılar oldu. Həmin vaxt ürək dərmanı istədim. Dostum Murad dərman gətirdi. Lakin Fəxrəddin Hacıyev mənə dərman verməyi hər kəsə qadağan etdi. Bu da mənim ürəyimdə çox ciddi problemlərə səbəb oldu. Hadisələrdən sonra ürək ağrılarım artdığı üçün həkimə müraciət etdim (Bakı Ürək Mərkəzində yoxlanışlarıma dair müayinə aktlarını ərizəmə daxil edirəm). Ancaq Fəxrəddin Hacıyev məndən əl çəkmədi.

Bir gün şəxsi avtomobilimlə onu və bir neçə dostunu ova aparmağımı tələb etdi. Avtomobilimin arxasına sumkalarla ov silahı, tapança, “Kalaşnikov” markalı avtomat və başqa odlu silahlar yığaraq, dəniz qırağına ördək vurmağa getdik. Ovda olduğumuz zaman vurduğu ördəkləri, öz geyimini, silahını mənə daşıtdırırdı. Polis əməkdaşları və digər ovda olan şəxslərin yanında “bilirsiz də, mənim bir sürü itlərim var, Etibarı da təzə almışam. Amma onlardan ayrı saxlayıram” deyərək, şərəf və ləyaqətimi təhqir etdi. Mənim ürək xəstəsi olduğumu bilsə də, hər axşam təşkil etdiyi eyş-işrət məclislərinə çağırıb mənə zorla araq içirirdi. Mən ürəyimin ağrıdığını və arağın mənə pis təsir etdiyini deyəndə, “aldığım məlumata görə vəhabisən”, deyib içki içməyə məcbur edirdi…

Bunlarla da kifayətlənməyib, yenə də fermada olduğum zaman özünün əlaltısı Samir vasitəsilə mənə qonaqlarının olduğunu və donuz istədiyi xəbərini göndərdi. Sonra dostu Qurban gəlib hər dəfə “Picap” maşını ilə donuzları aparırdı. Bir dəfəsində məndə onunla birlikdə getdim. Həmin donuza da Qurbanın obyektində 5 dənə güllə atdı. Bunları edərkən “səni “banditizm” axtarır və mən də onların qarşısını alıram. Bunlar da onların əvəzidi” deyidi”.

“Mənə məlumat çatdırıb ki, onu gördüyüm yerdə donuzların gününə salacam”

İş adamının yazdığına görə, Fəxrəddin Hacıyevlə bağlı şikayətlər etsə də, nəticəsi olmayıb. Buna görə də polis rəisinin təzyiqlərinə dözməyərək, doğma yurdunu tərk etməli olub: “Hadisələr fevral ayının əvvəllərindən başlayıb. Mart ayının 28-dən bəri öz yurdumdan didərgin düşmüşəm, qorxub qaçıram. Mənə məlumat çatdırıb ki, “onu gördüyüm yerdə donuzların gününə salacam”.

Qeyd edim ki, bu məsələ ilə bağlı aidiyyatı qurumlara şikayət etmişəm. Şikayətim hələ ki, nəticə verməyib. Fəxrəddin məni və dostlarımı hədələyərək gəlib şikayətimdən imtina etməyimi, izahatları dəyişməyi, belə halların olmadığını, məni müvəqqəti saxlama məntəqəsində saxlamadığını, məndən pul almadığını, atılan silahın qaz tapançası olduğunu yazmağımı tələb edir. Qeyd etmək istəyirəm ki, Fəxrəddin Hacıyev CM-nin 180.181-ci və digər maddələrinin tərkib hissəsini yaradan cinayət törətmişdir. Azərbaycan Respublikasının CM-nin 180-ci maddəsinə əsasən soyğunçuluq, yəni özgənin əmlakını açıq talama Azərbaycan Respublikasının CM-nin 181-ci maddəsinə əsasən quldurluq, yəni özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın cinayət məsuliyyətini nəzərdə tutur”.

“Möhtərəm Prezident, xahiş edirəm mənim həyatımı xilas edin!”
Sahibkar həyatının təhlükədə olduğunu bildirərək, ölkə rəhbərliyindən kömək istəyir. O, ölkə Prezidenti cənab İlham Əliyevə, I vitse-prezident Mehriban xanım Əliyevaya, eləcə də hüquq-mühafizə orqanlarının rəhbərlərinə müraciət edərək, Fəxrəddin Hacıyevin ona qarşı bu hərəkətlərilə bağlı araşdırma aparılmasını təmin etməyi xahiş edir: “Hörmətli Prezident, iş adamlarının himayəçisi kimi, Sizdən Fəxrəddin Hacıyev barəsində CM-nin 180,181-ci maddələri ilə cinayət işinin açılmasına dair göstəriş verməyinizi xahiş edirəm. Bundan sonra mənim və ailəmin başına gələcək hər bir işin cavabdehi F.Hacıyevdir. Fəxrəddin Hacıyevin məni şərləməyə çalışmasından, üzərimə narkotika ataraq həbs etməsindən çəkinirəm. Buna görə ölkə rəhbərliyindən kömək istəyirəm. Bununla bağlı müraciət etdiyim qurumlara və şəxslərə sığınıram. 

Təəssüflə bildirirəm ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi şikayətlərimizi rədd ediblər və bu şikayətlərə dair qərarları bizə təqdim etməyiblər. Şübhə etmirəm ki, hörmətli nazir Ramil Usubovun və Baş prokuror Zakir Qaralovun mənim başıma gətirilənlərdən xəbəri yoxdur. Ona görə də, müraciətimi mətbuat vaistəsilə ictimailəşdirməyi qərara aldım. Bununla səsimi yeganə ümid yerimiz olan Möhtərəm Prezidentimizə, I vitse-prezident Mehriban xanım Əliyevaya çatdırmaq istəyirəm. Xahiş edirəm, mənim həyatımı xilas edin!”

Sahibkar Etibar Məmmədovun dəhşət saçan bu açıqlamaları ilə bağlı Xudat Rayon Polis Bölməsinin rəisi Fəxrəddin Hacıyevlə əlaqə saxladıq. O, ümumiyyətlə Etibar Məmmədov adında şəxsi tanımadığını bildirdi. “Mən belə bir adam tanımıram”. Polis rəisinə şikayətçinin videogörüntülər də təqdim etdiyini bildirsək də, o, israrla Etibar Məmmədovu tanımadığını deyərək, telefonu söndürdü.



Xəbərin oxunma sayı : 1402

loading...

Sosial

Önəmli

Son xəbərlər

17 İYUL 2018

11:42 Serj Sarkisyanın qardaşı oğlu işgəncə verməkdə ittiham olundu

11:38 Allahşükür Paşazadə Gəncəyə getdi –Səbəb

11:34 Braziliyalı futbolçunun anası oğurlanıb

11:28 Putinin yanında bülbülə dönən Tramp

11:22 Yeni nəsil şəxsiyyət vəsiqələri sentyabrdan veriləcək –Prezident qanunu təsdiqlədi

11:19 Nardaran sakininin maşınından xəncər çıxdı –Polis əməliyyatı

11:13 Prezidentin Rusiyaya səfərinin vaxtında dəyişiklik olub

11:09 Tramp ABŞ-ı biabır etdi: faciəvi səhv... - Makkeyn

11:05 Səbailin icra başçısı vəzifəsini kim icra edir? –Açıqlama

10:55 Gədəbəydə 20 yaşlı qız 17 yaşlı qardaşını qətlə yetirib

10:47 Eldar Əzizov kollektivə təqdim olundu –Zeynal Nağdəliyev tərəfindən

10:42 Rusiya, Aİ və Ukrayna arasında qazın tranziti ilə bağlı üçtərəfli danışıqlar keçiriləcək

10:38 Salyanda sükan arxasında mürgüləyən sürücü maşını aşırdı, özü xəsarət aldı

10:32 İran İraqa elektrik enerjisi vermədi –Danışıqlar uğursuz nəticələnib

10:28 "Mən satılmıram..." - Röya

10:24 Ziya Bünyadov prospektində hərəkət məhdudlaşdırılacaq –Sürücülərə xəbərdarlıq

10:20 Yevlaxda intihar –36 yaşlı kişi özünü öldürüb

10:17 ARDNF mənfəət neftinin və qazın satışından 7,9 mlrd. manat gəlir əldə edib

10:13 DİM: Dövlət qulluğuna qəbul üzrə test imtahanında 489 nəfər uğur əldə edib

10:09 Fazil Əliyevin kriminal ünsürlərin məskəninə çevrilmiş kafesi sökülür

10:05 “Mənim yaşda oyunçular Qətərə və ya Çinə gedirlər”

16 İYUL 2018

23:59 “Düşmənin yeni təxribatları gözlənilir” - Polkovnik

23:47 İtaliya prezidenti Azərbaycana rəsmi səfər edəcək

23:30 Bahalaşan və ucuzlaşan məhsulların siyahısı

23:15 Fransa yığmasını Parisdə minlərlə insan qarşılayıb

22:57 Sumqayıtda dəhşətli cinayət - Görüşdüyü qadını pula görə amansızlıqla öldürdü

22:41 Putin: “Mən də kəşfiyatçı olmuşam və dosyelərin necə hazırlandığını bilirəm”

22:28 Yerevanda bina uçdu: ölən və yaralananlar var

22:13 Bakı klubunun baş məşqçisi istefa verdi

21:57 Putin: “Rusiya və ABŞ böyük məsuliyyət daşıyır”

21:44 Bilik Fondunun Himayəçilik Şurası üzvləri dəyişdirildi

21:30 BTC vasitəsilə 3 milyard barel neft ixrac olunub

21:18 DİN-nin iş otağında vəfat edən şöbə rəisinin FOTOsu yayıldı

20:52 Bakı Metropolitenindən paytaxtdakı çökmə ilə bağlı açıqlama

20:39 Abituriyentlərə “Qarabağ”ın oyununa pulsuz bilet paylanacaq - Stress atmaq üçün

20:26 Gürcüstanın yeni baş prokurorunun adı məlum olub

20:11 Tünzalə Ağayeva Adnan Oktarın yaxın adamıyla - Fotofakt

19:59 Azərbaycanda Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi yaradılıb

19:55 “Qəbələ” Lüksemburqa yollanır

19:40 İran ABŞ-dan BMT-yə şikayət edib

19:28 Prezident İlham Əliyev ANAMA işçilərini təltif edib

19:14 Azərbaycanda nəşr olunan qəzetlərə birdəfəlik maliyyə yardımı ayrıldı

18:50 Kaliforniyada meşə yanğınları tüğyan edir

18:39 Bakıda dönərə pulu çatmayan 14 yaşlı uşağı döydülər

18:21 Tramp və Putin arasındakı görüş başa çatdı

18:09 Ali Məhkəmə gizirin şikayətini rədd etdi

17:55 “Qırmızı Xaç” Azərbaycana əsir düşən erməni kəşfiyyatı üçün danışıq aparır

17:46 Əmircanda qadın sürücü piyadanı vuraraq öldürüb

17:42 Putin Trampı 1 saata yaxın gözlədib- İkitərəfli görüşdən əvvəl

17:38 Lavrov ABŞ dövlət katibi ilə görüşüb- Bu, onların ilk təkbətək görüşüdür

17:30 Bakıda dönərə pulu çatmayan 14 yaşlı uşağı döydülər

17:26 Rusiyada “quş qripi” tapıldı, məhsullar geri çağırılır –Avropa quş ətinin idxalını qadağan etdi

17:22 Dolların sabaha olan məzənnəsi

17:17 Ermənistanda Köçəryan və tör-töküntüsü təqib olunur

17:13 Eldar Əzizov Bakı şəhər İcra Hakimiyyəti başçısının müavini təyin olunub

17:05 BTC ilə 3 milyardıncı barel neft ixrac olunub

16:55 Ağdaşda soyğunçu dəstə saxlanıldı

16:46 “İkinci dəfə ailə qurmaq istəyirəm“ - Könül

16:42 Tramp: “2020-də prezidentliyə namizədliyimi verəcəyəm”

16:36 Yerevana mer seçə bilməyiblər – Kvorum alınmır

16:22 Trampla Putin razılaşmayacaq - Rabinoviç

16:17 Azərbaycanda da Adnan Oktardan zərər çəkənlər var – Konsulluğa şikayət verildi

16:13 Türkiyə və ABŞ prezidentləri arasında telefon danışığı olub

16:09 Britaniya “Brexit” üzrə ikinci referendum keçirmək niyyətində deyil

16:05 Cəlil Məmmədquluzadə küçəsində yolun çökməsinin səbəbi açıqlanıb

15:55 Bakıda qanunsuz inşa edilən 16 mərtəbəli binanın tikintisi dayandırılıb

15:47 Putin İranı Trampa peşkəş edəcəkmi?

15:38 Rusiya ordusu Ermənistanda dronlardan istifadə etməklə təlim keçirir

15:33 “Putinin Trampa İranın məktubunu verəcəyi barədə yayılan məlumatlar doğru deyil”

15:30 Türkiyə səfirliyində 15 iyul hadisələri anıldı

15:17 “Qarabağ” – “Olimpiya” oyunu canlı yayımlanacaq

15:13 Helsinkidə Tramp və Putin arasında görüş başlayıb

15:09 Bir milyarddan çox adam sərinləməyə yer tapmır

15:05 Cəlilabada zibillikdən meyit tapılıb

14:52 Müdhiş statistika: 22489 nikah, 6177 boşanma

14:46 Sammitə vurulan “rus damğası“ ABŞ prezidentinin gözləntilərini heçə endirib

14:42 Xarici sərmayənin 79,4 faizi 9 ölkənin payına düşür

14:37 “Şərq Tərəfdaşlığı”na dəstəyi artırmağı planlaşdırırıq”

14:32 Gürcü müxalifəti prezidentliyə vahid namizədini müəyyənləşdirdi –Sabiq nazir olacaq

14:27 “Fransa futbol oynamadı” – Deyan Lovren

14:22 İlham Əliyev Rusiya prezidentini təbrik edib

14:16 “İran Hörmüz körfəzini bağlasa, özünü ayağından güllə ilə vurmuş olar“

14:12 Qüdrət Həsənquliyev: “Hadisələr hələ bitməyib”

14:09 Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb

14:05 Gürcüstanda matəm elan olunub

13:55 “Jara“da səhnəyə çıxacaq məşhurlarımızın adı açıqlandı

13:50 Azərbaycan prezidenti Emmanuel Makronu təbrik edib

13:40 Azərbaycanın dövlət başçısı Xorvatiya prezidentini təbrik edib

13:35 Paşinyan: “Azərbaycan bütün cəbhə boyu qoşun cəmləşdirir”

13:16 Bakıda gənclər yolu kəsib küçədə oynadılar - Video

13:12 Tramp Finlandiyaya gəldi - Putinlə görüşə

13:05 Gəncədə polisi öldürən terrorçu belə məhv edildi - FOTOLAR (+18)

12:57 Rəsmi Tehran Gəncə hadisələrinə dair bəyanat verdi

12:52 “Gəncədə terror törədənlər xarici dairələr tərəfindən ələ alınıb“

12:49 Polis üç rayonda narkotiklə bağlı əməliyyat keçirdi

12:45 “Azərbaycana qarşı olan qüvvələr sosial şəbəkələrdən istifadə edirlər”

12:34 “Paşinyanın “korrupsiya ilə mübarizə”sinə Avropa İttifaqı etimad göstərmir”

12:20 DİM xəbərdarlıq edir: Müddət bu gün başa çatır

12:20 “Mossad”ın Tehranda məxfi əməliyyatının detalları üzə çıxdı

12:13 “Gəncədə terror törədənlər xarici dairələr tərəfindən ələ alınıb”

12:08 Əli Həsənov: “Milli iradəyə qalib gəlmək mümkün deyil”

12:07 Kürdəmirdə nəvə nənənin ölümünə səbəb oldu

12:01 Bakıda daha 15 dayanacaq quraşdırılacaq

10:48 Rəhim Günelin pulunu qaytarmır

10:44 «Britaniya ordusu Rusiyanınkından geri qalır» - London etiraf edir…

10:40 Göyçayda 60 hektar biçilmiş taxıl sahəsi yanıb

10:36 İranın Gömrük Administrasiyası ilə Naxçıvan arasında əməkdaşlıq razılaşması imzalanıb

10:32 “Mercedes” 45 yaşlı kişini vurub öldürdü

10:26 Böyük Britaniya şahzadələri Trampla görüşməkdən imtina ediblər

10:22 Bu günə olan məzənnələr – Rəsmi

10:17 Goranboyda 4 uşaq anası, 23 yaşlı qadın itkin düşüb

10:13 Azərbaycanda internetin sürəti azalıb – Ermənistan 28 pillə öndədir

10:09 47 yaşlı kişi intihar edib

10:05 “Heç kim yaxasını qurtara bilməyəcək” – Ərdoğan

15 İYUL 2018

19:35 Sumqayıt şəhərində radikal müxalifətin və dini qrupların 18 əsas fəal üzvü saxlanılıb

18:29 Tovuzda qadın əri tərəfindən bıçaqlanıb

17:35 Kabildə partlayış törədilib, ölənlər və yaralananlar var

17:18 Adnan Oktarın daha bir DƏHŞƏTLİ ƏMƏLİ ÜZƏ ÇIXDI

16:50 Şirvanda iki minik avtomobili toqquşub, 1 nəfər xəsarət alıb

16:29 “Riyad“ Ticarət Mərkəzində baş verən yanğın zamanı 2 nəfər yanıq xəsarəti alıb



loading...
“Elçibəy gənclərin gözü ilə” mövzusunda tədbir keçirilib

“Əbülfəz Elçibəy-80” İctimai Təşkilat Komitəsi “Elçibəy Gənclərin gözü ilə” mövzusunda tədbir keçirib
Bu insanlar ölülərlə əlaqəyə girirlər və... - Tanınmış şaman hər şeyi açdı

Sosioloq, türkoloq, araşdırmaçı, TÜRKSOY-un üzvi, "Şaman. Təbiət qüvvələri oyananda" kitabının müəllifi, əslən xakas türklərindən olan və tanınmış şaman Timur Davletovun Publika.az-a müsahibəsi
ARXİV

Xəbərlər işıq sürətilə

Sayt haqqında | Əlaqə
MİLLİYOL (©) 2016