Slavyan Universitetində növbəti qalmaqal AZAL Türkiyədə narazılıq yaratdı - Baqajlar ünvana çatmadı İdarə müdirinin Əhmədzadənin xeyir-duası ilə taladığı dövlət vəsaiti Həmyerlilərimizin “O səs”də başına gətirilən şok oyunlar - MÜSAHİBƏ
 

Orxan Pamuk: “Nobelin Bob Dilana verilməsinə dilxor oldum”

Tarix 07.11.16, 23:13

Font ölçüsü : - / +
bitmap-img6

Xəbər verdiyimiz kimi, Orxan Pamuk “Yasnaya Polyana” mükafatına layiq görülüb. Mükafat “Xarici ədəbiyyat” kateqoriyasında yazıçının “Kafamda bir tuhaflık” romanına görə verilib. Bu münasibətlə rus saytı meduza.io Orxan Pamukdan müsahibə götürüb. Həmin müsahibəni ixtisarla təqdim edirik.

 
- Son illər ölkənizdən uzaqda olursunuz. Bu İstanbuldan yazmağınıza mane olmur ki? Emosional əlaqə qurmaqda çətinlik çəkmirsiniz?
- Mənim ömrümün yarısı Amerikada, Nyu-Yorkda keçir. Kolumbiya Universitetində dərs deyirəm. Həyatımın o biri yarısı isə Türkiyənin payına düşür. Ona görə də mənim İstanbulla emosional əlaqəm sarsılmazdır. Artıq 40 ildir mən hər gün saatlarla öz doğma şəhərimin küçələrində gəzişirəm, eynən “Kafamda bir tuhaflık” romanımın qəhrəmanı Mövlud kimi. Buna görə də hər il beş ay Nyu-Yorkda olmağım mənim İstanbuldan yazmağıma mane olmur. Əksinə, nə qədər uzaq oluramsa, ayrı qalıramsa, o qədər böyük zövqlə yaza bilirəm. Həmçinin mən fiziki olaraq uzağam, ruhən isə həmişə Türkiyədəyəm. Bir şeyi də nəzərinizə çatdırım ki, “Uillis”in müəllifi Ceyms Coys əsəri Triesdə yazmışdı, halbuki romandakı hadisələr Dublində baş verirdi.
 
- Ümumiyyətlə, Türkiyə bu gün sizin üçün komfortludurmu?
- 2005-2009-cu illər arası Türkiyədə vəziyyət gərgin idi. Onda mənim üç mühafizəçim vardı, indi isə biri kifayət edir. Demək olmaz ki, vəziyyət xeyli düzəlib, ancaq problemlərin forması (belə demək mümkünsə) dəyişib.
 
- Qəribədir ki, bu gün Türkiyədə baş verənlər sizin “Qar” romanınızı xatırladır. Nələr dəyişdi bundan sonra?
- Mən “Qar” romanını on beş il əvvəl yazmışam. Roman çevrilişə cəhd göstərməyin uğursuzluğundan bəhs edir. Əsərdəki hadisələr Türkiyənin şimal-qərbindəki Qars şəhərində baş verir. Yeri gəlmişkən, Qars 30 il Rusiyanın ixtiyarında olub və orda rus mədəniyyəti və arxitekturası hiss olunur. İndiki çevriliş Qarsda deyil, Türkiyənin mərkəzində - İstanbulda, Ankarada baş verir. Bu çox təəccüblüdür. “Qar” romanının baş qəhrəmanı Ka Avropa idealları və Türkiyə reallıqlarının tələsinə düşməkdən boyun qaçırır. Ən çox da İslamın siyasi bir hal almağına görə. O zaman bu cəsarətli proqnoz hesab olunurdu, son zamanlar görürük ki, İslamçılar həqiqətən də siyasi arenaya çıxıblar və öz sözlərini rahatlıqla deyə bilirlər.
 
- Rusiya və Türkiyə arasındakı konflikt haqqında nə düşünürsünüz? Bu siyasilərin atışmasıdır, yoxsa tarixən belədir? Bildiyiniz kimi, Rusiya ilə Türkiyə neçə əsr vuruşub...
- Təəssüf ki, bu doğrudur, biz çoxdan, lap çoxdan düşmənik. Siz əgər universitetdə tədris edilən tarix dərsliyini əlinizə alsanız, orda qara hərflərlə belə yazıldığını görəcəksiniz: “Rusiya düşməndir”. Bu davaların getdikcə artması soyuq müharibə dövrünə təsadüf edir. Türk siyasiləri və dövlət rəhbərləri kommunizmə qarşı çıxdılar və kommunizmə sərhəd qoyacaqlarını dedilər. Bununla da spekulyasiyaya getdilər. Rusiyanın təhlükəsi ucbatından Türkiyə NATO-ya daxil oldu, indi isə Avropa birliyinə üzv olmaq istəyir. Ancaq mənə elə gəlir ki, əvvəllər olmuş mənasız konfliktdən Rusiya və Türkiyə dost olmağı öyrənməlidir. Biz azı üç yüz il vuruşmuşuq. Bu üç yüz illik müharibə bizə bunu öyrətməliydi.
 
- Lev Tolstoyun adı ilə bağlı mükafatı qazandınız. Bizim ölkədə bu sual aktualdır: “Tolstoy tərəfdəsən, yoxsa Dostoyevski”. Bu sual hər bir mədəni insan üçün vacib bir məsələdir. Bəs siz hansının tərəfindəsiniz?
- İndiki vaxtda mən əlbəttə ki, Tolstoyun tərəfindəyəm. Mən özümdən razı qalanda xoşbəxt və məhsuldar oluram. Tolstoyun əsərlərindəki kimi dünyanın gözəl, mükəmməl olduğunu görəndə özümü tolstoyçu hesab edirəm və çalışıram ki, öz romanlarımda harmoniya və bütünlük olsun. Ancaq elə vaxtlar da olur ki, həyatda baş verənlər xoşuma gəlmir. O zaman içimdə inqilabçı Dostoyevski ruhu oyanır və qulağıma pıçıldayır: “Tolstoy yalançıdır, onun bütün danışdıqları yalandır. Təsəlliverici və sadəlövh sözlərdir hamısı”. Belə vaxta dünyanı həddindən artıq dramatik, özünə qapanıq görürəm. Bu mənim əsəblərimi oyadır. Dostoyevskinin qəzəbi və xəstəliyi mənə çıxış kimi görünür. Mən Dostoyevskinin şəxsiyyətinə və xəyallarına sonsuz heyranam. Ona görə də Dostoyevsikinin tərəfi məndə qıcıqlandırma, həyəcan və depressiya yaradır. Belə olanda da, o tərəfdən avtomatik uzaqlaşıram.
 
Bəla burasındadır ki, mən nadir hallarda sabit vəziyyətdə oluram. Sevincim qarışıq duyğularla, sevgim əsəb və yorğunluqla müşayiət olunur. Buna görə də gah Tolstoya, gah da Dostoyevskiyə baş vururam. Sözün düzü, mənə elə gəlir ki, yaxşı bir roman yazmaq üçün özünü Tolstoy və Dostoyevski ağırlığı arasında axtarmalısan və onları birləşdirməlisən. Mənə görə ideal roman Dostoyevski emosionallığı ilə Tolstoy harmoniyasının qovşağıdır.
 
- Nobel mükafatının Bob Dilana verilməsi Rusiyada bir çox insanı məyus etdi. Bəs sizin Nobel komissiyasının qərarına münasibətiniz necədir?
- Sözün açığı, əvvəlcə bu məni bir az dilxor elədi. Mən çox istəyərdim ki, mükafat son 30 ilin Amerika ədəbiyyatına, xüsusilə postmodernist ədəbiyyatda gözəl, ağır və mükəmməl romanların müəllifləri Tomas Pinçon və Conatan Franzenə, şeirdə isə Con Eşberə verilsin. Biz bilirik ki, Bob Dilan ilk növbədə məşhur, sanballı musiqiçidir. Ola bilsin, yazdığı mətnlər də pis deyil. Ancaq mən birinci dəfə məyus olanda düşündüm ki, bəzən münsiflər də özlərini yaradıcı kimi ifadə etmək ehtiyacı duyurlar. Görünür, bu il Nobel komissiyası özünü ifadə etmək üçün bu cür şıltaq obrazı seçdi. Və bu cari qərar unikaldır.
 
- Bildiyim qədəri ilə sizin romanınızla eyni adı daşıyan “Məsumiyyət müzeyi”ndəki bir neçə stend London sərgisində nümayiş olunur. Bəs bu cür sərginin Moskvaya gətirilməsini düşünmürsünüz?
- “Məsumiyyət muzeyi” reallaşmamış, cavabsız, məzlum bir sevgi haqqındadır. Bu hekayə qərb yönümlü, təhsilli bir ailədə böyümüş bir gəncin uzaq qohumuna sevgisidir. Mən bu hekayəni maddi obyektlərlə, əşyalarla göstərmək istədim. Çünki əşyalar tez-tez bizim kimliyimizi ortaya çıxarır. Kimisə şiddətli seviriksə, o zaman kimliyimiz ortaya çıxır, özü də bu sevgi qarşılıqsızdırsa. Əşyalar bu vaxt bizə sevdiyimiz adamı xatırladır, sevgi hekayəsini təcəssüm etdirir. “Məsumiyyət muzeyi” İstanbuldadır – olduqca fərqli muzeydir. Bu muzey eyni zamanda sevgi, kitab və 1940-1990-cı illər İstanbulunun tarixini göstərən muzeyidir. Əlbəttə, mən çox sevinərəm ki, London sərgisi Moskvaya getsin. Biz bu gün muzeyin uğurlu və məşhur olması üçün yeni eksponatlar hazırlayırıq. İndi bu sərgini Osloya çıxarmaq, daha sonra isə bütün dünyaya çıxarmaq fikrimiz var. Güman edirəm ki, gec, ya tez Rusiyaya da gedib çıxacaq.
 
- “Kafamda bir tuhaflık” romanınızda İstanbulun yavaş-yavaş tənəzzül etməsindən yazırsınız. Ancaq xaricilərin gözlərində başqa cür görünür bu: İstanbul hər il daha da gözəlləşir və zənginləşir. Yoxsa bu sadəcə turist aldanmasıdır?
- Bəlkə də yox. Bu gün İstanbulda yaşayan gənc nəslin oxucuları mənim romanda yazdıqlarımı qəbul etmirlər. Onlar üçün İstanbul xoşbəxt və parlaq görünür, nəinki mənim yazdığım kimi sadəlövh və melanxolik. Ancaq vacib bir şeyi xatırlatmaq lazımdır ki, mənim romanım 80-ci illərin sonlarından bəhs edir. Son 20 ildə sürətli iqtisadi artım baş verdi, çox sayda gecəqondular, müvəqqəti yaşayış yerləri dəyişdirildi, ya da məhv edildi, daxmaların yerini 30-40 mərtəbəli binalar tutdu. Yalnız forma deyil, eyni zamanda şəhərin ruhu dəyişdirildi. Əlbəttə, bütün bunlar iqtisadi artım sayəsində baş verdi.
 
Ümumiyyətlə, son 50 ildə şəhər əvvəlki illərə nisbətən sürətlə dəyişdi. Mən 1 milyonluq adamın yaşadığı şəhərdə doğuldum, indi isə şəhərətrafını da saysaq 17 milyon əhali var. Bu gün kürdlər və “İslam hökuməti” arasındakı müharibə şəhəri yenidən dəyişdirdi və mənə hələ ki, istiqamətimizin hara getdiyini demək çətindir.
 
- Yəni nostalgiya və melanxolik əhvalla yazılmış romanınız birinci növbədə İstanbul haqqındakı düşüncələrinizin xüsusiyyətləridir?
- Çalışıram bunu qəhrəmanım Mövludla izah edim. Məndən fərqli olaraq, Mövlud 1969-cu ildə İstanbula gələndə yeni, ecazkar, melanxoliyadan yoxsul şəhərlə qarşılaşır. Onun orta və ali məktəb tanışları yoxdur. Mövlud mənim əvvəlki romanlarımın qəhrəmanlarına bənzəmir. Mövlud İstanbulda ilk dəfə olur və ona öz əlləri ilə burda gələcək qurmaq təəccüblü gəlir. Əvvəl-əvvəl uçurulan evlərin şahidi olur, görür ki, onların yerinə yeni evlər tikilir. 40 ildən sonra, romanın sonlarına yaxın isə şəhərə gəldiyində inşa olunan evlərin xarabaya çevrildiyini görür. O, hiss edir ki, bunlarla bərabər onun keçmişi, kimliyi, xatirələri də məhv olur.
 
Biz sosial fərqlərə baxmayaraq, Mövludla eyni zamanın adamlarıyıq. Mən bu hissi təcrübədən keçirdim, hələ də bu təcrübəni yaşayıram. Ola bilsin, mən öz hislərimi obrazıma daşımışam. Baxmayaraq, Mövlud faktiki olaraq yeni İstanbul yaratdı, ancaq heç vaxt özünü evindəki kimi hiss eləmədi. İnsanlara yeni evlər, yeni mənzillər, yüksək keyfiyyət lazımdır, bu başa düşüləndir, aydındır. Ancaq həyatının keçdiyi yollardan, keçmişindən, düşüncələrindən, emosiyalarından ayrılmağı anlamaq və qəbul eləmək çox çətindi. (kulis.az)

MilliYol.Az



Xəbərin oxunma sayı : 142

loading...

Ədəbiyyat

Önəmli

Son xəbərlər

16 YANVAR 2017

14:54 Rəfael Cəbrayılovla Eldar Mahmudovun biznes sirləri

14:37 Kardiologiya İnstitutunun adamı infarkt edən rüşvət qiymətləri

15 YANVAR 2017

14:25 Bütün kəndin kişiləri əqli qüsurlu qadına təcavüz etdi - ŞOK HADİSƏ

13:26 Azərbaycanlı qızın videosu rekord qırır

13:22 Şəhid Fikrət Bəşirov harda dəfn olunacaq?

12:27 Kamran Ağayev Portuqaliyada dala saldı - FOTO/VİDEO

11:58 Azərbaycanlılar “O səs Türkiyə”dən belə ayrıldı - VİDEO

11:30 Cəbhədən acı xəbər gəldi: Şəhidimiz var

11:00 Göyərtəsində 110 miqrantın olduğu gəmi batdı

14 YANVAR 2017

16:02 Ramil Usubov 2 rəisi işdən çıxartdı

14:43 İlham Əliyev Davosda yeni prezidentlə görüşəcək

13:35 Azərbaycanda silah alverçilərinə qarşı əməliyyat: həbs olunanlar var

12:43 Bakıda vəzifəli şəxs özünü niyə asdı? - TƏFƏRRÜAT

11:37 Supermarketdə təcavüz ŞOKU - Sahibkar qadın işçisini zorladı

11:03 Nokia 8-in ilk görüntüsü sızdırılıb - VİDEO

10:30 Azərbaycanda yol terroru: 6 ölü, 19 yaralı

10:05 Əqli-qüsurlu kişi ilə dəfələrlə əlaqədə olan çilingər... - Mingəçevirdə dəhşət

13 YANVAR 2017

20:23 Prezident icra başçısı ilə bağlı sərəncam imzaladı

14:59 “Eldar Mahmudovla danışmışam, dedi ki,...”

13:52 İlham Əliyevin məqaləsinin TAM MƏTNİ

13:40 Bakıda supermarket müştəriləri necə aldadır? - FOTOFAKT

13:30 Məktəb direktorunun səs yazısı yayıldı - “Gəl yanıma...”

12:36 General əmlak tələb edir, azadlıq vəd edir - İş adamının vəkilindən Prezidentə müraciət

12:28 “Aİ-92“ markalı benzinin qiyməti qalxacaqmı? - DİQQƏT

12:14 Məşhur aparıcı “Lider“dən getdi

12:00 Bakıda toydan çıxan tanınmış müğənnilərin pulları əllərindən alındı

11:00 Azərbaycanda benzin bahalaşdı

12 YANVAR 2017

20:08 DİN Mehman Hüseynovla bağlı Baş Prokurorluq qarşısında vəsatət qaldırdı

18:56 Prezident sərəncam imzaladı: vergi borcları üzrə faizlər silinir

16:57 “Bunu direktor xoşlayırdı və dəfələrlə ərimə...“ - Seks qalmaqalının qurbanı olan xanım müəllim

16:47 “Ərim məni vururdu, fiziki təcavüz...” - Azərbaycanlı müğənni

16:39 Bu raket İrəvanı yerlə yeksan edə bilər - Dağıdıcı silahlarımız

16:30 Daha bir türk klubu “Qarabağ“ın futbolçusuna elçi düşdü

15:38 Pensiyalar niyə gecikdirilir? - Rəsmi açıqlama

14:01 “Avropa haradır?“ -Orxan Pamukun essesi

13:48 Prokuror vitse-admiral Sultanova ağır cəza tələb etdi

13:32 Dollar satışının bərpası “qara bazarı” çökdürdü - QİYMƏTLƏR

12:27 “Mənə Aygün Kazımovayla qızının seks videosunu göstərdi“ - Məktəb direktoru

12:20 Nazir müavini təyin edilən Mətin Eynullayev kimdir?

12:15 Sami Yusif Bakıya gəlir

11:25 Prezident yeni nazir müavini təyin etdi

10:44 Slavyan Universitetində növbəti qalmaqal

10:35 Bakıda yol faciəsi: 3 nəfər maşının altında qalıb öldü

10:25 Prezident qızı yeni vəzifəsi, həyatı və gələcək dəyişikliklərdən danışdı

9:30 Mario Varqas Lyosa: Romanlar yalan danışır

9:20 “Taliban” girovların görüntülərini yaydı - VİDEO

9:17 Səhiyyə Nazirliyindən XƏBƏRDARLIQ

11 YANVAR 2017

21:48 İlham Əliyev hansı oliqarxları və niyə hədələdi?

21:37 Türkiyədə çevriliş baş tutsaydı Ərdoğanın yerinə bu şəxs gələcəkdi - İDDİA

21:28 Mehriban Əliyeva dövlət katibi ilə görüşüb

21:15 Televiziyalardan Qənirə Paşayevanın açıqlamasına REAKSİYA

19:34 Şəmkirdə direktorla müəllimə arasında seks videosu QALMAQALI

18:25 Vüsal Kərimli vəzifəsindən qovulur - BNA fiaskosundan sonra...

18:10 Banklara “yaşıl işıq“ - ŞAD XƏBƏR

16:06 Prezident yeni hərbi texnikalarla tanış oldu - FOTO

15:40 AZAL Türkiyədə narazılıq yaratdı - Baqajlar ünvana çatmadı

15:30 “Mehman Hüseynovun aldığı nəfəs də yalandan gedib-gəlir” - DİN

13:53 İdarə müdirinin Əhmədzadənin xeyir-duası ilə taladığı dövlət vəsaiti

13:44 Daha bir generala cinayət işi açılıb

13:18 “Bizə ən böyük zərbəni bank sektoru vurdu“ - Prezident

12:46 Telekanallar Flora Kərimovaya qadağa qoyub

11:37 Lənkəranda bacısı öldürüb dənizə atdığını deyən qardaş azadlıqda

11:27 Neftçalada pambıq reketi - İcra başçısı sahibkarlara divan tutur

10:40 Mübariz Mənsimov 35 tanker aldı

9:55 Türkiyədəki soyuq hava bizə gəlir - Diqqət!

9:50 Maşın bazarında vəziyyət necədir?

9:17 “İki uzunqulağın arpasını bölə bilməyən, bizə dərs öyrədir” - İlham Əliyev

9:01 Bakıda nəvəsini öldürən baba: “Məni söydüyü üçün onu boğdum”

10 YANVAR 2017

20:08 “İkinci toyumu Bakıda edəcəyəm“ - MÜSAHİBƏ

19:47 Dollar 1.89-a manat oldu - Azərbaycanda

19:45 Əli İnsanovla bağlı qərar verildi

19:31 Həmyerlilərimizin “O səs”də başına gətirilən şok oyunlar - MÜSAHİBƏ

19:15 Çavuşoğlu çevriliş gecəsi Kəmaləddin Heydərova niyə zəng edib?

19:00 Ermənistan əsgərimizin meyitini niyə qaytarmır?

16:32 Beynəlxalq Banka yeni rəhbər seçildi

16:20 69 qadını öldürən keçmiş polisdən ŞOK ETİRAF

15:18 “Maaş və pensiyalar yenə də artmalıdır“ - Prezident

15:11 Kəskin soyuqlar Azərbaycana gəlir - XƏBƏRDARLIQ!

14:49 “Böhrandan çıxış yolu tapılıb“ - İlham Əliyev

14:07 ANS-in keçmiş aparıcısının əri ilə özəl videosu yayıldı

14:00 Nurayı ağladan məhkəmə icraçıları haqda araşdırma başladı

13:31 Bir neçə illik borclar da yeni tariflə ödəniləcək - “Azəriqaz”dan Yeni İl “sürprizi”

13:00 İlham Əliyev nazirləri topladı

10:48 Lotu Quli Bakıdakı atışmadan danışdı

10:31 Tramp qələbə qazandı, azərbaycanlı milyarder 1,8 milyard varlandı

10:23 Bu gün Beynəlxalq Banka yeni rəhbər təyin olunacaq

9:53 Bakıda müəllim 9 və 11 yaşlı şagirdlərinə təcavüz edib

09 YANVAR 2017

15:45 Rüstəm Usubovdan ANS-lə bağlı danışdı

15:30 “İlk ərim məndən 16, indiki ərim isə 18 yaş böyükdür“ - Azərbaycanlı müğənni

15:08 Mübariz Mənsimovdan FHN-ə xüsusi hədiyyə - VİDEO

15:03 “Baş Prokurorluğa məlumat vermişik” - Mirşahin danışdı

14:34 Azərbaycanda ölümcül virus yayılıb? - AÇIQLAMA

13:53 Bakı və Moskva arasında GİZLİ SAZİŞ

13:23 “Bank təklifinizi qəbul etməsə, krediti qətiyyən ödəməyin!” - Ekspert

13:11 “Dağıstanda kimi tapdılar, gətirib millidə oynadırlar“ - MÜSAHİBƏ

12:52 Azərbaycanlı milyarder Türkiyəni ayağa qaldırdı

12:37 Metroda gediş haqqı qalxacaq? - AÇIQLAMA

12:18 Kriminal qruplaşmalar arasında atışma oldu - Bakıda

12:00 Qənirə Ataşovanın ölkədən çıxışına qadağa qoyulub - FOTOFAKT

08 YANVAR 2017

14:47 Sərxoş Lisa yenə özünü rüsvay etdi - FOTO

14:30 “Bəlkə Tramp Rusiyanın casusudur?”

12:42 Baş nazir “offşor“lara qadağa qoydu

12:24 Evini Azərbaycan bayrağının rənglərinə bürüdü - FOTOLAR

12:18 Millət vəkili və komitənin sədr müavini Nurayla görüşdü

11:43 Naxçıvanın 2017-ci il dövlət büdcəsi təsdiq edilib

11:38 Azərbaycanlı müğənni mikroinfarkt keçirdi - FOTO

11:24 Qənirə Paşayevaya yeni vəzifəyə verildi

11:10 Prezidentin qızı 113 dollarlıq libas geyindi - FOTOLAR

07 YANVAR 2017

17:21 “Qarabağ məsələsində artıq məğlub olmuşuq” - Sarkisyan

17:06 Nurayın atası danışdı: “Uşaq məndən imtina etdi“

17:00 Bakı-Şamaxı yolunda təhlükə

15:50 Nurayın doğma atası Əvəz Bayramov doğum evinin həkimi imiş

14:48 “Atamı ilk dəfə məhkəmədə gördüm” - 10 yaşlı Nuray danışdı

14:09 Həbsxanada dəhşət: məhbusların başları kəsildi - FOTO

13:43 Məşhur şirkətin sahibinin erməni ilə biznes əlaqəsi - Mahmudovun imzası ilə araşdırılıb

13:12 10 yaşlı Nurayı yerdə sürüyən icraçılarla bağlı qərar verildi - VİDEO

13:00 Azərbaycanlı qadın avtobusda zorlandı

12:03 10 yaşlı Nurayı ağladan icra məmuru DANIŞDI

11:52 “Lənkəranskiyə atəş açanlar arasında İŞİD-çi olub”

11:41 “Nurayın atası dedi ki, arvadımla qızımı buraxın kanalizasiyaya”



loading...
8 yaşında varlandı, heç vaxt evlənmədi - Milyonçu mason üzvünün qəribə həyatı

O, dünyaca məşhur çay brendinin yaradıcısıdır. 8 yaşından işləməyə başlayıb. Amerikanın müxtəlif ştatlarında ən qara işlərdə işləyib. 25 yaşında iş adamına, 35 yaşında böyük bir markanın sahibinə çevrilib. Söhbət Tomas Liptondan gedir.
Rusiya səfirini öldürən polislə bağlı maraqlı faktlar


Dünən Ankarada sərgi salonunda keçirilən tədbir zamanı Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovu güllələyərək öldürən 1994-cü il təvəllüdlü Mövlud Mert Altıntaşla bağlı yeni faktlar üzə çıxıb.
Məşhur aparıcı “Lider“dən getdi
"Lider TV"nin məşhur aparıcısı kanalla vidalaşıb.
Televiziyalardan Qənirə Paşayevanın açıqlamasına REAKSİYA
Millət vəkili Qənirə Paşayevanın Azərbaycan televiziyaları haqda sosial şəbəkələrdə fikirlərinə televiziya kanallarından münasibət bildirilib.
ARXİV

Xəbərlər işıq sürətilə

Sayt haqqında | Əlaqə
MİLLİYOL (©) 2016