Heydər Əsədovun işçisi qanunları necə tapdalayır? - FOTOLAR “Araz“da yerli istehsal şokoladdan qurd çıxdı, market araşdırmaya başladı (VİDEO) 20 nömrəli məktəbin direktor müavini jurnalisti hədələdi (SƏS YAZISI) Səfər Əbiyevin “sağ əli“ 10 mart mitinqində - VİDEO
 

O qadınla mən əxlaqsızın yekəsiyik...

Tarix 03.12.17, 12:59

Font ölçüsü : - / +
bitmap-img6

Lalə Niftaliyeva 

Axşam soyuq və yağışla qol-boyun olub evə doğru gedirdim. Yol gedə-gedə şeir dinləməyi sevirəm. Qulaqcıqda Cemal Süreyyanın "Üvercinka" şeiri məni məst edirdi. Keçirdiyimiz hallar bizi bəzən matreal aləmdən ayırır. Eynən dünən şeiri dinlədiyim zaman sətirlərin içində soyuğu hiss etmədiyim kimi. 

Deməli bu cür hisslərlə xoşbəxt və məsud yol getdiyim vaxt yolun kənarında yerləşən xəstəxanadan 3 gənc xanım çıxdı. Birinin ayağında baxil var idi. Baxil geyinən qoçaq xanım ondan iki addım qarşıda zibil qabı olmasına rağmən, geyindiyi baxilləri çıxarıb yerə atdı. Gördüyüm mənzərə yumruq kimi gözümün üstündən dəydi. Bir anlıq duruxdum, sonra baxilləri yerdən götürüb xanımı səslədim:
 
-Xanım, baxın zibilqabı uzaqda deyil və onu bura atmaq qətiyyən çətin deyil.
 
Qız durub üzümə baxdı və:
 
- Ay qız, sənə nə? Özüm bilərəm. Tərbiyəsizin biri.
 
Yox, cavab qaytarmadım. Yenidən öz şeir dünyama geri döndüm və sürətli addımlarla uzaqlaşmağa başladım. Bir az gedəndən sonra gözümdən süzülən yaşlara qarşı çıxa bilmədim. Mahiyyətimizi hər dəfə daha çox ortaya qoyan insanlarla rastlaşdıqca çox üzülürəm. Bu qız mənə xatırlatdı ki, Azərbaycan qadınları ərləri tərəfindən döyülməyə layiqdir. Bu onların tələbatıdır. Bəli, bu yazını yazan da qadındır. Özü də Azərbaycan qadını və həmin göz yaşları da bu həqiqətin dərki idi. Məni linç etməyə hazır olan "qadın" kütləsi, yaxın oturun ekrana və özünüzlə tanış olun. 

Mən sizi qınamaq istəmirəm, çünki tarixi şərait sizi bu hala salıb. Lakin dünya çox sürətlə inkişaf edir və biz də həmin inkişafın düz mərkəzindəyik. Çünki bütün dünya sizin ovcunuza yerləşdirilib. İstədiyiniz informasiyaya bir neçə dəqiqə ərzində yiyələnə bilirsiniz. Amma sizin üçün həyat bu deyil, hə? Mən demirəm ki, siyasətə qarışın, ya da elmi kəşflər edin, yox. Sadəcə özünüzü tapın. "Ananın yaşadıqları həqiqətdirmi?" deyə sorğulayın. Heç indiyə kimi şikayət etməyən ana ilə rastlaşdınızmı? Mən yox, elə mənim varlığımdan da şikayət etdiyi olur. Biz niyə onların yaşadıqlarını təkrar-təkrar yaşayaq axı?
Zibili yerə atan xanıma görə, mən onu qınadığım üçün tərbiyəsizəm. Bəli, razıyam onunla, mən əxlaqsızın yekəsiyəm. Bəs yaxşı o kimdir? Səbirli ol, deyəcəm. Bütün ömrünü kişi axtarıb, hiylə qurub ona ərə getməyə çalışan, insanlara hər zaman xoşbəxtliyini sübut etmək üçün çırpınan bir qadın təsəvvür edin. Məsələn, bu cür qadınların belə bir məziyyəti də var. Ərə getdikləri zaman ehtiraslarını içlərində boğurlar. Uzağa getmirəm, elə öz yaxın qohumlarımın danışdıqları ilə göstərəcəm sizə bu xarakterləri. Deməli 29 yaşlarında bir qohumum var. 21 yaşında ailə qurub və hər kəs üçün ideal ana və fədakar həyat yoldaşıdır. Bəs gerçək olan nədir? Onun seksə iyrənc bir şey kimi baxması. "Mən ərimlə sevişəndə, istəyirəm ki, hər şey tez bitsin. Çox iyrənc olur hər şey", deyəndə təəccübdən bərələn gözlərimi gözünə dikib "Bəs, ərin bunu bilir" deyə soruşdum. "Dəlisən? Yox, ayıbdır, ona bunu necə deyə bilərəm axı? Özümü elə aparıram ki, guya xoşuma gəlir". Və bu qadın iki uşaq dünyaya gətirib. Bu fədakarlıqdırsa, üzr istəyirəm, tüpürüm belə fədakarlığa.
 
Bir hekayə də danışım sizə. Deməli bu xanım da qohumumdur. O yeni ərə getmişdi və bizi qonaq çağırmışdı. Qız söhbət əsnasında bizə belə bir məsləhət verdi: "Çalışın ərə gedəndə, ərinizlə sevişəndə heç nə etməyin. Yoxsa, elə bilər ki, siz tərbiyəsizsiniz".
 
Bunları boş yerə sizinlə bölüşmürəm, əziz oxucu. Mənim anam da, xalam da, nəslimdəki bütün qadınların hamısı o cür düşünür. Çünki onlar tək qalmaqdan qorxurlar. Onlar hər cür təhqiri qəbul edə bilir. Çünki onlar etiraz hissindən məhrum olan məxluqlardır və onları döyən kişiləri də özləri o cür tərbiyyə edir.
 
Bəzən deyirlər ki, bizim igid qadınlarımız olub, əri ölüb, amma o üç uşağını tək başına böyüdüb. Sizcə bir dəfə yaşayacağı ömrünü insan belə keçirməlidirmi? O qadının arzuları, ehtiyaclarını düşünən var? O yalınız cəmiyyət üçün yaşayan robota çevrilir, vəssalam. Onun böyütdüyü oğlan bir qadını necə xoşbəxt etsin? O kişi üçün qadın anlayışı yalnız özünü fəda etməyi bacaran məxluqdur. 
 
Elm bizim şüurlu heyvan olduğumuzu artıq sübut edib. Hamınız bilirsiniz ki, heyvanların aləmində güclü və mübariz olan yaşayır. Bizim cəmiyyət bu hisslərin hər iksindən məhrum olub, fağır, yazıq və fədakarlığı üstünlük bilən məxluqa çevirib. Əsl fədakarlıq cəsarətdən başlayır. Özünü tanıma yolunda imtina etdiyin rahatlıqdan başlayır. Elə kiçik zibili zəhmət çəkib zibilqabına atmaqdan başlayır, fədakarlıq, cəsarət və mədəniyyət... 

Elə zibili yerə atan o xanım, sabah bunu öz övladının yanında da təkrarlayacaq. Bu kiçik detalla o gələcək üçün əxlaqsız bir şəxsiyyət böyüdəcək və onun tərəfindən də hər zaman təhqir olunacaq.
 
Məsələ yerə düşən zibildə deyil bəlkə də, mahiyyətimizin zibil günündə olmasındadır. Niyə bütün hiddətim qadınlaradır deyə, sual verə bilərsiniz? Çünki onları idarə edən qüvvə qadındır. Hə, biz çox güclüyük, amma bu gücü nəyə sərf edirik? Siz məndən daha yaxşı bilirsiniz. Mən də təəssüf edirəm.



Xəbərin oxunma sayı : 4183

loading...

Ədəbiyyat

Önəmli

Son xəbərlər

22 APREL 2018

13:49 Prezidentin vəzifə verdiyi İnam Kərimov kimdir?

13:37 “Novruz Məmmədov heç bir qruplaşmada olmayıb”- Komitə sədri

13:25 Sarkisyanla Paşinyan arasında gərgin görüş - “Bu dialoq deyil, ultimatumdur”

13:10 Bakıda palçıq vulkanı belə püskürdü - Foto

12:55 Qohumluq əlaqələri işə yaramadı: “Əmlak kralı”nın taleyi necə olacaq?

12:52 “Hesab edin ki, artıq problemlər həll olunub” - “Qaçqınkom”un yeni sədri

12:38 Müdafiə Nazirliyindən Ermənistanın təxribatı ilə bağlı açıqlama

12:26 Mindən çox əsiri düşməndən xilas edən Milli Qəhrəman

12:15 Polis erməni müxalifətinin lideri Paşinyanı saxladı

12:11 Sumqayıt şəhəri ərazisindən dənizə çıxmış 2 gənc batıb

11:55 Alişanın Buseyə evlilik şərti var

11:40 İran nüvə proqramını bərpa etməyə hazırdır

11:29 Oğuzda zəlzələ olub

11:17 Boş qalan nazir postları, yüksək vəzifələr - Siyahı

11:13 Yeni nazirlər hansı tanınmışların övladıdır?

10:50 AZAL-ın təyyarəsi Moskvanın əvəzinə Sankt-Peterburqda yerə endi

10:39 Sərkisyan: “Nə qədər ki Qarabağ var, hakimiyyətdə mən olacağam”

10:17 Binəli Yıldırım Novruz Məmmədovu təbrik etdi

10:00 Səudiyyə Ərəbistanında çevriliş cəhdi

21 APREL 2018

19:33 Dmitri Medvedev Novruz Məmmədovu təbrik edib

19:00 Bu il tütün idxalı və ixracı azalıb

18:30 Samir Nuriyev Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr təyin edilib

18:19 Azərbaycanda işsizlərin sayı azalıb

18:11 Abid Şərifov, Elçin Əfəndiyev və İsmət Abasov işdən çıxarılıb

18:00 Hacıbala Abutalıbov BŞİH başçısı vəzifəsindən azad edilib

17:52 Sahil Babayev əmək və əhalinin sosial müdafiə naziri təyin edilib

17:50 Rövşən Rzayev “Qaçqınkom”a sədr təyin olunub

17:34 Nazirlər Kabinetinin yeni tərkibi təsdiqləndi - SİYAHI

17:13 Məhkəmə ANS-lə bağlı qərarını açıqladı

16:59 Ceyms Appaturay Azərbaycan prezidentini təbrik edib

16:52 Ermənistanın daha üç şəhəri etiraz aksiyalarına qoşuldu

15:22 Prezident Novruz Məmmədovun baş nazir təyin edilməsi haqqında sərəncam imzalayıb

14:55 Yeni baş nazirimiz kinoya da çəkilib – Video

14:20 "Neft nəhənglərinin bərpaolunan enerjiyə sərmayə qoyuluşu artır"

13:15 Yeni Baş nazir: Parlament Novruz Məmmədova yekdilliklə səs verib

12:50 "Bundan sonra başqa formada işləməyə başlayacağam"

11:50 Zahid Oruc yeni baş naziri açıqladı: Novruz Məmmədov!

11:05 Bakıya yeni başçı gəlir! – Abutalıbovun xələfinin adı çəkilir

10:44 “Bu, bütün dünya üçün xoş xəbərdir” – Tramp

10:12 “Artur Rasi-zadə Azərbaycanın inkişafı yolunda əzmlə çalışıb“

20 APREL 2018

23:59 Tramp açıqladı: Rusiya ilə gizli anlaşma olmayıb

23:47 Gürcüstan-Azərbaycan sərhədində sərhədçi güllələndi

23:31 Avstriyada qatar qəzası - 54 yaralı

23:15 Ayrılıq səbəbi bəlli oldu - Aslı Muradı cana yığıbmış

22:57 Azərbaycanda 100 ildən çox yaşayanların sayı azalıb

22:40 ABŞ Demokrat Partiyası Rusiyaya qarşı iddia qaldırdı

22:26 Vergilər Nazirliyi və Gömrük Komitəsi razılaşdı - Kimlərə birgə nəzarət ediləcək?

22:11 Yerevanda nümayişçilər müdafiə nazirinin avtomobilini mühasirəyə alıb

21:55 5-ə qədər saya bilmədiyi üçün uşağa işgəncə verdi – Azərbaycanlı atanı 7 il həbs gözləyir

21:42 “Time” jurnalı dünyanın nüfuzlu şəxslərinin siyahısını açıqlayıb

21:28 Axtarışda olan şəxs Salyanda özünə xəsarət yetirdi

21:13 Novak: “Bu ay neftin qiyməti 80 dollara qalxa bilər”

20:58 “Məhz bu amil Azərbaycan-İsrail münasibətləri üçün möhkəm təməldir” - Səfir

20:44 Ərdoğan seçki kampaniyasının başladığını elan etdi

20:30 XİN: “Bu, ciddi təəssüf doğurur”

20:15 Bakıda 46 qızı zorlayan falçı ilə bağlı araşdırma başladı

20:08 İqtisadiyyat Nazirliyinin bəzi səlahiyyətləri yeni Agentliyə verildi

19:52 Əfqanıstanda partlayış - 5 ölü, 10 yaralı

19:38 Azərbaycanda yeni Dövlət Proqramı hazırlanır

19:31 İkinci Dünya müharibəsi veteranlarına birdəfəlik maddi yardım veriləcək

19:25 “Bu, futbol terrorundan betərdi” – Ərdoğan

19:16 Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ləğv edildi

19:12 Prokuror Ziya Məmmədovun qardaşı oğlunun məhkəməsində cəza istəyib

18:50 Türkiyənin baş nazirindən ABŞ-a sərt mesaj: “Öz işinlə məşğul ol”

18:39 Seçkilərdə iştirak edən partiyalara büdcədən 135,2 milyon dollar ayrılacaq

18:21 Bakıda metronun deposundan əl qumbarası tapılıb

18:09 Tramp yüksək neft qiymətlərinə üsyan etdi

17:55 Eldar Mahmudov məhkəməyə verildi

17:50 Dəfn zamanı jurnalisti döyən şəxslər ondan üzr istədilər –Barışıq

17:46 Yunanıstanda mafiyanın xaç atası öldürüldü

17:45 Əfqanıstandan Tacikistana narkotik maddə keçirmək istəyən üç qaçaqmalçı öldürülüb

17:37 Dörd ay ərzində Azərbaycanda 2 min zəlzələ qeydə alınıb

17:32 Milli Park ərazisində dənizə düşən 17 yaşlı qız xilas olunub

17:27 Bu gün geomaqnit qasırğası baş verib

17:17 İki qəlbdə bir ehtiyac... - Tofiq Bayramın şeirləri

17:13 ATƏT-in seçki müşahidə missiyası Bakını tərk edir

17:09 “ABŞ-ın Türkiyə ilə bağlı mövqeyini şantaj hesab edirik” –Lavrovdan əsəbi açıqlama

17:05 Salyanda motosikletlə “Jiquli” toqquşub, motosikletçi xəsarət alıb

16:55 Sərkisyanı heç kim təbrik etmir – Erməni mediası

16:40 Bakıda evlərdən silsilə oğurluq etmiş şəxs saxlanılıb

16:33 “Öz işinlə məşğul ol, Türkiyədəki seçkilərlə yox” – Yıldırm ABŞ-a

16:27 Erməni müxalifət lideri: “Yerevanda fəaliyyət iflic olmalıdır ki, Sarkisyan…“

16:22 Səudiyyə Ərəbistanı kralı Azərbaycan prezidentini təbrik edib

16:17 Qəza zamanı avtomobilə dəymiş zərər hərrac modeli ilə qiymətləndiriləcək

16:13 Prezident İlham Əliyev yeni metro qatarlarında yaradılan şəraitlə tanış olub

16:05 Əli Həsənov ordenlə təltif olunub

15:48 Milli Məclisin sabah plenar iclası çağırılıb

15:33 “Neftin hazırkı qiyməti sünidir və qəbuledilməzdir“

15:25 “Niyə bu məsələlərlə ciddi məşğul olunmur?”

15:20 Bakıda “Formula-1“lə bağlı iki xəstəxana ayrılıb

15:13 Nuri Bilge Ceylan Kann festivalına qatılacaq

15:09 “Bəzi İcra Hakimiyyətlərinin başçıları biznesmenləri sıxışdırır, pullarını alırlar”

15:05 “Moskva bu məsələlərlə bağlı cavab verməlidir”

14:56 Bakıda yataqxana binasında yanğın – Sakinlər təxliyə edilib

14:33 Zaur Şəbnəmin yaşı ilə bağlı yalanını ortaya çıxardı - 31 demişdi

14:27 Nüşabədən qalmaqala cavab: "Tunar arvaddır ki..."

14:22 Azərbaycanda KİV-də sponsor reklamı ilə bağlı qaydalar dəyişir

14:16 Səbail RİH: Bayıl sürüşmə zonasında ziyan çəkmiş 6 evə görə müəyyən olunmuş vəsait sakinlərə verilib

13:40 Türkiyə öz qızıl ehtiyatlarını ABŞ-dan çıxardıb

13:35 MTN generallarına nə vaxt hökm oxunacağı açıqlanıb

13:27 "Azərbaycana silah satışına bəzi ölkələr tərəfindən əsassız məhdudiyyət qoyulub"

13:22 Zakir Həsənov NATO-nun Avropada Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı ilə görüşüb

13:17 Qərb onu, yoxsa müxalifəti dəstəkləyəcək? – Təhlil

13:13 Respublika Narkoloji Mərkəzinin iki əməkdaşı işdən çıxarılıb

13:09 Ermənistanda etiraz aksiyalarında iştirak edən 83 nəfər tutulub

13:05 Bakı Metropolitenində siqaret çəkilməsinə dair qadağanın əhatə dairəsi genişləndirilib

12:50 Bakıda erməni saxtakarlıqlarının ifşası mövzusunda konfrans keçirilib

12:47 Rayonlarda qar, leysan yağacaq, dolu düşəcək

12:42 Dünyada neft ehtiyatları 300 milyon barel azalıb –Səudiyyə Ərəbistanının energetika naziri

12:36 “AKP ilə MHP-nin yaxınlaşması “dərin dövlət”in tövsiyəsi ilədir”

12:32 “Sözümü deyib, özümü öldürəcəm“- AzTV rəhbərinə sui-qəsd işində yeni məlumatlar

12:22 Səudiyyə Ərəbistanında polisə hücum olub, 3 nəfər öldürülüb, 4 nəfər yaralanıb

12:16 “1918-ci ildə İrəvan Ermənistana hədiyyə kimi verilmişdir…”

12:13 "Putinlə Tramp Rusiya-ABŞ hərbi qarşıdurmasına imkan verməyəcəklər"

12:05 Vasif İsmayıl: "Cinsi əlaqə ətrafında biz çox mif, inanc yaratmışıq"

11:55 “Qarabağ məsələsi yalnız qarşılıqlı güzəştlərlə həll oluna bilər”

11:50 “BMT-nin münaqişələrin qarşısını alması normaya çevrilməlidir”

11:44 Con Bolton Rusiyaya şərtlərini açıqlayıb

11:37 "Həqiqəti bilsəniz, həyata nifrət edərsiniz"

11:32 Qlobal neft ehtiyatları 2,83 mlrd. barelədək azalıb



loading...
“Prezidentin milli birlik mesajı bütün xalqları birləşdirir” - Niyaz Niftiyev

"Azərbaycan ölkə daxilində dinlərarası, millətlərarası münasibətlərin tənzimlənməsində çox böyük uğurlara nail olub və biz son 15 il ərzində bunu dünyaya nümayiş etdirmişik”
Hakimiyyət və müxalifət: üz-üzə ya yana addım

Prezident seçkilərindən sonra ənənəvi olaraq və qaydalara uyğun olaraq dövlət başçısı öz yeni komandasını formalaşdırılmalıdır
ARXİV

Xəbərlər işıq sürətilə

Sayt haqqında | Əlaqə
MİLLİYOL (©) 2016