Azərbaycan Respublikası və Bolqarıstan Baş Prokurorluqları arasında dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi məqsədi ilə iki ölkənin prokurorluq orqanları arasında imzalanmış əməkdaşlıq proqramına müvafiq olaraq iyunun 12-də Bolqarıstan Respublikasının baş prokuroru Sotir Tsatsarovun rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə işgüzar səfərə gəlib
Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, səfər çərçivəsində Fəxri xiyabana gələn Bolqarıstan nümayəndə heyətinin üzvləri müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad edərək məzarı önünə əklil qoyub, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə gül dəstələri düzüb.
Şəhidlər xiyabanına gələn qonaqlar ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş həmvətənlərimizin məzarı üzərinə tər çiçək dəstələri düzərək “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar. Daha sonra Azərbaycan Respublikasının Baş Prokurorluğunda nümayəndə heyəti ilə görüş keçirilib.
Ölkələrimiz arasında səmərəli dostluq və əməkdaşlıq münasibətlərini vurğulayan baş prokuror Zakir Qaralov bu əlaqələrin inkişafında dövlət başçılarımızın xüsusi rolunu qeyd edib, hüquqi əlaqələrin dərinləşdirilməsi üçün böyük perspektivlərin olduğunu bildirib. Baş prokuror Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə aparılan genişmiqyaslı məhkəmə-hüquq islahatları, o cümlədən prokurorluğun fəaliyyəti üçün beynəlxalq-hüquqi standarlara cavab verən normativ-hüquqi bazanın yaradılması, vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi məqsədi ilə digər hüquq mühafizə orqanları ilə qarşılıqlı səmərəli əlaqələrin qurulması, həmçinin qarşıda duran digər vəzifələr barədə ətraflı məlumat verib.
MilliYol.Az
Digər xəbərlər
loading...