Moskvanın Tverskaya küçəsində keçirilən korrupsiyaya qarşı etiraz aksiyasında 100-ə yaxın şəxs saxlanılıb
APA-nın “tvrain.ru”ya istinadən verdiyi məlumata görə, Sankt-Peterburqda keçirilən analoji aksiyada isə saxlanılanların sayı 100-ü ötüb.
Onların arasında yerli qanunverici orqanın deputatı Maksim Reznik də var. Etirazçılar "Pozor" şüarı səsləndirir. Xüsusi təyinatlı qüvvələrin insanların bir neçə qrupunu əhatəyə aldığı bildirilir. Hüquq-mühafizə orqanlarının əməkdaşları səsgücləndiricilər vasitəsilə iştirakçıları dağılışmağa çağırır. İnzibati məsuliyyətə cəlb olunmamaq üçün üçün polis onları Udelnıy parkında keçirilən icazəli aksiyaya qoşulmağa səsləyir.
Qeyd edək ki, etiraz aksiyaları Aleksey Navalnının çağırışı ilə keçirilir.
MilliYol.Az
Digər xəbərlər
loading...