Bu ilin yanvar-may ayları ərzində Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 974 mln. 903,31 min manat daxil olub
MilliYol.Az komitənin açıqladığı statistikaya istinadən xəbər verir ki, gömrük daxilolmaları ötən ilin analoji dövrü ilə müqayisədə 124 mln. 317,96 min manat və ya 14,62% artıb.
Bu ilin beş ayı ərzində gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 268 mln. 20,84 min manat, idxal edilən malların əlavə dəyər vergisi üzrə 663 mln. 809,14 min manat, aksizlər üzrə 39 mln. 25 min manat, yol vergisi üzrə isə 13 mln. 48,33 manat təşkil edib.
MilliYol.Az
Digər xəbərlər
loading...