Böyük Britaniya əhalisinin az qala yarısı baş hazır Tereza Meyin istefasına tərəfdardır
Novator.az-ın məlumatına görə, “Sunday Times” qəzetinin sifarişi əsasında aparılan yeni sorğu bunu göstərir.
Sorğuya qatılan respondentlərin 48%-i Tereza Meyin istefasının tərəfdarı olduğunu, 38%-i isə baş naziri dəstəklədiyini bildirib.
Respondentlər Tereza Meyi əvəzləyəcək namizəd kimi ən çox xarici işlər naziri Boris Consonun adını çəkib. Rəyi soruşulanların 24%-i Boris Consonun yaxşı baş nazir ola biləcəyi qənaətindədir.
Mühafizəkarlar Partiyasının lideri olan 60 yaşlı Tereza Mey 2016-cı il iyulun 13-də baş nazirdir.
İyunun 8-də keçirilmiş növbədənkənar parlament seçkisində Mühafizəkarlar Partiyası 650 yerlik İcmalar Palatasına 318 mandat qazanıb. Hökumət qurmaq üçün 326 mandat tələb olunur, ona görə Mühafizəkarlar Partiyası 10 mandat götürmüş Demokratik Birlik Partiyası ilə ittifaq qurmağa çalışır.
Tereza Mey iyunun 9-da Böyük Britaniya kraliçasından yeni hökumət qurmaq icazəsi alıb. O, kabinetində cüzi dəyişikliklər edib.
MilliYol.Az
Digər xəbərlər
loading...