“Mənim heç bir şübhəm yoxdur ki, Ermənistan KTMT-dən çıxacaq, NATO üzvü olacaq”
Virtualaz.org xəbər verir ki, bunu Ermənistan xüsusi xidmət orqanlarının keçmiş rəhbəri, Regional Araşdırmalar Mərkəzinin analitiki David Şahnazaryan İrəvanda keçirilən “NATO Cənubi Qafqazda sabitləşdirici qüvvə kimi: cari çağırışlar və regionda inkişaf” mövzusunda seminarda deyib.
“Mənim heç bir şübhəm yoxdur ki, məhz bu baş verəcək”-Şahnazaryan vurğulayıb. Bununla belə o, Ermənistanın NATO-ya üzvlüyü kimi mücərrəd hadisənin Qarabağ münaqişəsinin nizamlanmasından əvvəl, yoxsa sonra baş verəcəyini əminliklə bilmədiyini deyib. Lakin Şahnazaryan əmindir ki, NATO-ya üzvlük növbəsi Gürcüstana çatıb. “Gürcüstan buna hazırdır, situasiyanın başqa inkişaf variantı yoxdur”-o əlavə edib.
MilliYol.Az
Digər xəbərlər
loading...