Dünən Nyu Yorkda BMT yanında Dəniz Hüquqları Konvensiyasının üzv dşvlətlərinin 27-ci konfransı öz işinə başlayıb
İyunun 16-sına qədər davam edəcək Konfransda Azərbaycanı Dövlər Dəniz Adminstrasiyasının rəisi Qüdrət Qurbanovun başçılığı altında olan nümayəndə heyəti də iştirak edir.
Bu barədə qurumun mətbuat xidmətindən verilən məlumatda bildirilir.
Qurumdan bildirilib ki, konfrans çərçivəsində Dəniz Hüququ üzrə Beynəlxalq Tribunalın 7 üzvü seçiləcək. Həmçinin kontinental şelflərin limitini müəyyən edən 21 komissiya üzvü müəyyənləşəcək və Səlahiyyətli Komitənin verəcəyi 2015-2016-cı illərin maliyyə hesabatı qəbul olunacaq.
Tədbirdə kontinental şelflərin limitləri üzrə baş katibin hesabatı dinləniləcək. O cümlədən Dəniz Hüququ üzrə Beynəlxalq Tribunalın büdcəsi ilə bağlı məsələyə baxılacaq. Beynəlxalq təşkilatın 26-cı konfransının qərarları əsasında bir sıra Dəniz hüquq sektorunun idarə olunmasında iştirak edən səlahiyyətli fondların fəaliyyəti və BMT-nijn okeanlarla bağlı proqramları müzakirə ediləcək.
MilliYol.Az
Digər xəbərlər
loading...