Baş məşqçi Robert Prosineçkinin futbol üzrə Azərbaycan milli komandasındakı taleyinə bu gün aydınlıq gələ bilər
Xorvatiyalı mütəxəssisin özü yerli mətbuata açıqlamasında Türkiyə "Bursaspor"unun sükanı arxasına keçəcəyinə dair xəbərlərə aydınlıq gətirib.
Prosineçki AFFA rəhbərliyi ilə görüşündən sonra gələcək addımını müəyyənləşdirəcəyini söyləyib: "2018-ci il dünya çempionatının seçmə qrup mərhələsinin sonunadək müqaviləm var. Yəni, dekabradək Azərbaycanda qalmalıyam. Amma hər şeyi bazar ertəsi biləcəyəm. Rəhbərliklə görüşmək niyyətindəyəm. Bu görüşdən sonra gələcəkdə nə edəcəyimi müəyyənləşdirəcəyəm". (goal.az)
MilliYo.Az
Digər xəbərlər
loading...