“Azəravtoyol” ASC tərəfindən avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə, piyada keçidlərinin, yolcizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri davam etdirilir
Cəmiyyətdən verilən məlumata görə, bu gün səhər saat 10:00-dan etibarən Bakı-Qazax magistral avtomobil yolunun 47 km-dən 72 -ci km-ə kimi olan hissəsində üfüqi nişanlanma xətlərinin rənglənmə işləri aparılacaq.
İşlərin aparıldığı hissədə avtonəqliyyat vasitələrinin hərəkətində tam və qismən məhdudlaşdırılma olacaq.
Rənglənmə işləri axşam saatlarınadək yekunlaşdırılacaq.
Bunun üçün də "Azəravtoyol” ASC sürücülərdən sözügedən ərazilərdə diqqətli olmalarını və sürət həddinə nəzarət etmələrini xahiş edir.
MilliYol.Az
Digər xəbərlər
loading...