Bir neçə gün əvvəl İranda törədilən terakt əmrini verən şəxs öldürülüb.
MilliYol.Az xarici KİV-ə istinadən xəbər verir ki, bunu İranın təhlükəsizlik naziri Mahmud Ələvi dövlət televiziyasında çıxışı zamanı bildirib.
Nazir həmçinin son üç ayda 25-ə yaxın terrorçunun müəyyən edilərək zərərsizləşdirildiyini, Kirmanşah, Kürdüstan, Qərbi Azərbaycan və Tehranda İŞİD üzvü olan 41 nəfərin isə həbs olunduğunu diqqətə çatdırıb.
Qeyd edək ki, iyunun 7-də İran parlamentinə edilən hücum və Xumeyni türbəsində törədilən partlayış nəticəsində 5-i terrorçu olmaqla 22 nəfər ölmüş, 52 nəfər isə yaralanmışdı. Terroru İŞİD qruplaşması öz üzərinə götürmüşdü.
MilliYol.Az
Digər xəbərlər
loading...