“Su filtrləri satan biznes qurumları primitiv təcrübə nümayiş etdirib əhalini aldadır”.
MilliYol.Az xəbər verir ki, bunu Teleqraf.com-a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.
O, "Azərsu" ASC-ni özünün anti-reklamına biganə qalmaqda da suçlayıb: “Su filtrləri satan şirkətlər əhaliyə filtrlərdən keçirilmiş suyun bulaq suyundan fərqlənmədiyini deyirlər.
Həmin qurğular 1400 manata satılır. Bir müddət sonra filtrdən keçirilmiş sudan içən insanların səhhətində narahatlıq yaranır. Filtrləri geri qaytarmağa isə şirkət razılaşmır.
Şirkətin əməkdaşları Azərbaycan Respublikasının “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanununun tələblərini pozurlar. “Azərsu” bu anti-reklama biganə qalır”.
"Azərsu" ASC-nin İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Anar Cəbrayıllı deyir ki, qurumun rəsmi mövqeyi neçə illərdir mətbuat vasitəsilə ictimaiyyətə çatdırılır: “Əhaliyə verilən su standartlara tam uyğundur və buna tam məsuliyyət daşıyırıq. Amma su filtrləri satanlara qarşı mübarizəni müvafiq qurumlar - istehlakçı hüququnu qoruyan, məhsulun keyfiyyət sertifikatına nəzarət edən qurumlar və ictimai təşkilatlar aparmalıdır”.
Xatırladaq ki, son 3 gündə Bakının Hacı Zeynalabdin Tağıyev qəsəbəsində, Novxanı kəndində, həmçinin Sumqayıtın Saray və Ceyranbatan qəsəbələrində yaşayan 2-7 yaşlı 119 uşaq zəhərlənmə diaqnozu ilə Sumqayıt şəhər 1 saylı Uşaq Xəstəxanasına yerləşdirilib. Valideynlər zəhərlənməyə səbəb kimi suyu göstəriblər.
MilliYol.Az
Digər xəbərlər
loading...