Türkiyə millisinin futbolçusu Burak Yılmaz haqda sensasiyalı xəbər yayılıb
MilliYol.Az Qol.az-a istinadən xəbər verir ki, yaxın dostu Arda Turanın Türkiyə yığmasını tərk etməsinə məyus olan B.Yılmaz da eyni qərarı verib. Ancaq onu bu qərarından A.Turan daşındırıb.
Qeyd edək ki, A.Turan Makedoniya ilə yoldaşlıq görüşündən sonra təyyarədə jurnalist Bilal Meşeyə hücum edərək onu ağır formada təhqir edib. Bu hərəkətinə görə o, millinin düşərgəsindən kənarlaşdırılıb. Baş verənlərdən sonra A.Turan keçirdiyi mətbuat konfransında yığmadan ayrıldığını açıqlayıb. O, bu qərarını əvvəlcədən komanda yoldaşlarına belə söyləməyib.
MilliYol.Az
Digər xəbərlər
loading...