Ötən gün Türkiyənin İstanbul şəhərində yerləşən "Florence Nightingale" klinikasında dünyasını dəyişən energetika naziri Natiq Əliyev II Fəxri Xiyabanda torpağa tapşırılacaq
Bunu nazirliyin mətbuat katibi Zəminə Əliyeva bildirib.
"Mərhum energetika naziri Natiq Əliyevlə vida mərasimi sabah saat 12.00-da “Şəhriyar” adına mədəniyyət klubunda keçiriləcək. Mərhum II Fəxri Xiyabanda torpağa tapşırılacaq", – deyə o qeyd edib.
Xatırladaq ki, "Florence Nightingale" klinikasının nazirin vəfatı barədə yaydığı rəsmi açıqlamaya əsasən, N.Əliyev iyunun 3-də Bakıda keçirdiyi ürək tutmasından sonra edilən ilkin müdaxilə ilə həyata qaytarılıb, onun ürəyinin koronar damarlarına stend qoyulub. N.Əliyevin müayinə və müalicəsi üçün Bakıya Türkiyədən heyət göndərilib.
Həmin heyətin dəstəyi ilə N.Əliyev süni tənəffüs cihazına qoşularaq, iyunun 5-də xüsusi ambulans təyyarə ilə "Florence Nightingale" klinikasına aparılıb.
"Ciddi tibbi müdaxilə ilə qan dövranın normallaşdırılması mümkün olmayan xəstəyə ürək nasosu qoşularaq ürək çatışmazlığına qarşı müalicə başlayıb. Lakin iyunun 8-də günorta saatlarında Natiq Əliyev anidən beyin insultu keçirib və dünyasını dəyişib", – deyə açıqlamada bildirilib.
N.Əliyev 23 noyabr 1947-ci ildə Bakı şəhərində anadan olub.
MilliYol.Az
Digər xəbərlər
loading...