Səudiyyə Ərəbistanı Krallığı, Misir Ərəb Respublikası, Birləşmiş Ərəb Əmirlikləri dövləti və Bəhreyn Krallığı birgə bəyanat imzalayıb
Səudiyyə Ərəbistanının ölkəmizdəki səfirliyindən Strateq.az saytına daxil olan bəyanatda bildirilir ki, adları çəkilən bu ölkələr terrorizmlə mübarizə, onun mənbələrinin qurudulması, ekstremist ideologiyalar, onların təbliğat vasitələri və təşviqi ilə mübarizə, ona son qoyulması üçün birgə iş, cəmiyyəti onlardan qorumaq haqqında öz üzərinə götürdüyü öhdəliklər fonunda, Doha hökumət orqanlarınının dövlətlərin təhlükəsizliyini təhdid edən ünsür və təşkilatlara dəstək və sığınacaq verməməklə bağlı imzaladığı öhdəlik və sazişləri pozmaqda davam etməsi, imzaladığı 2013-cü il Riyad Razılaşması, onun icra mexanizmləri, ona olunan 2014-cü il Əlavə Razılaşmasında göstərilənlərə əməl edilməsi ilə bağlı dəfələrlə edilən müraciətlərə məhəl qoymaması nəticəsində, bu dörd dövlətin milli təhlükəsizliyi qərargahı Qətərdə olan və ya onun tərəfindən dəstəklənən terrorçu şəxs və təşkilatların təxribat hədəfinə çevirmiş və xaosun yayılmasına səbəb olub. Qeyd edilən dörd dövlət 59 şəxsi və 12 qurumu öz ərazisində qadağan olunmuş terror siyahılarına salıb. Bu siyahılar mütəmadi olaraq yenilənəcək və elan ediləcək.
Bəyanatda bildirilir ki, siyahıya daxil edilənlər Qətərlə bağlıdır və onun şübhəli planlarına xidmət edir, ki, bu da Qətərin ikili siyasətini göstərir. Belə ki, o bir tərəfdən terrorizmlə mübarizə apardığını bəyan edir, digər tərəfdən müxtəlif terror təşkilatlarını maliyyələşdirir, dəstəkləyir və sığınacaq verir.
“Bu dörd dövlət terrorizmlə mübarizədə bütün səylərini artırılması və regionda təhlükəsizlik və sabitliyin bərqərar olması ilə bağlı rolundan irəli gələn öhdəliklərini yenidən qeyd edərək, vurğulayır ki, onlar bu cür şəxs və qrupların təqib olunmasında ciddi olacaq, istər regional, istərsə də qlobal miqyasda bu yöndəki bütün vasitələri dəstəkləyəcək. Onlar terror fəaliyyətləri ilə mübarizəni davam etdirəcək, mənbəyindən aslı olmayaraq terrorizmin maliyyələşdirilməsini hədəfə alacaqlar. Eyni zamanda dünyanın hər yerindəki tərəfdaşları ilə birgə terrorçu və ekstremist təşkilat və qurumların fəaliyyətinə son qoyulması uğrunda fəal şəkildə işləməyə davam edəcəklər. Belə ki, heç bir dövlət bu cür fəaliyyətlərə qarşı səssiz qalmamalıdır”.
Bu bəyanatı elan edən dövlətlər terror, ekstremizm, zorakılıqla mübarizə üçün gördükləri tədbirlərə dəstək verən dövlətlərə təşəkkürünü bildirir, dünyaya yayılan və bəşəriyyətə ziyan vuran bu təzahürlərə son qoymaq üçün göstərilən səy və əməkdaşlığın davam etdirilməsində onlara arxalanır.
Tam siyahı
Fiziki şəxslər:
1. Xəlifə Məhəmməd Türki əs-Subaie – Qətər
2. Əbdülmalik Məhəmməd Yusif əs-Salam – İordaniya
3. Əşrəf Məhəmməd Yusif Osman Abdulsalam – İordaniya
4. İbrahim Isa Al-Haci Məhəmməd əl-Baker – Qətər
5. Əbdüləziz bin Xəlifə əl-Atiya – Qətər
6. Salim Həsən Xəlifə Rəşid əl-Kuvari – Qətər
7. Abdullah Ğanim Müslim ə-Xavvar – Qətər
8. Səd bin Səd Məhəmməd əl-Kaabi – Qətər
9. Abdullətif bin Abdullah əl-Kuvari – Qətər
10. Məhəmməd Səid bin Həlvan əl-Səqtəri – Qətər
11. Əbdurrəhman bin Amir əl-Nəimi – Qətər
12. Əbdülvahab Məhəmməd Əbdürrahman əl-Həmiqani – Yəmən
13. Xəlifə bin Məhəmməd ər-Rubbən – Qətər
14. Abdullah bin Xalid Al Tani – Qətər
15. Abdürahim Əhməd əl-Haram – Qətər
16. Həccac bin Fəhd Həccac Məhəmməd Əl Əcmi – Küveyt
17. Mübarək Məhəmməd Əcmi – Qətər
18. Cabir bin Nasir əl-Mərri – Qətər
19. Yusif Abdullah Al-Qardavi – Misir
20. Məhəmməd Casim əl-Sulayti – Qətər
21. Əli bin Abdullah əl-Suvaydi – Qətər
22. Haşim Saleh Abdullah əl-Avadi – Qətər
23. Əli Məhəmməd Məhəmməd əs-Səlabi – Liviya
24. Əbdulhəkim Belhac – Liviya
25. əl-Mehdi Harati – Liviya
26. Ismayıl Məhəmməd Məhəmməd əs-Səlabi – Liviya
27. Sadiq Əbdürrəhman Əli Ğiryani – Liviya
28. Həməd Abdullah Əlfatis əl-Marri – Qətər
29. Məhəmməd Əhməd Şövqi Islambuli – Misir
30. Tariq Əbdülmövcud Ibrahim əz-Zumr – Misir
31. Məhəmməd Əbdülmaksud Məhəmməd Afifi – Misir
32. Məhəmməd əl-Səğir Əbdürrəhim Məhəmməd – Misir
33. Vəcdi Əbdulhəmid Məhəmməd Ğanim – Misir
34. Həsən Əhməd Həsən Məhəmməd Duqqi ə-Huti – Əmirlik
35. Hakim Əbisan əl-Həmidi əl-Mutayri – Səudiyyə / Küveyt
36. Abdullah Məhəmməd Süleyman əl-Mühaysni – Səudiyyə
37. Həmid Abdullah Əhməd Əli – Küveyt
38. Əymən Əhməd Əbdülğani Həsəneyn – Misir
39. Asim Əbdülmacid Məhəmməd Madi – Misir
40. Yəhya Əqil Salman Əqil – Misir
41. Məhəmməd Hamada əs-Seyyid Ibrahim – Misir
42. Əbdürrəhman Məhəmməd Şükrü Əbdürrəhman – Misir
43. Hüseyn Məhəmməd Rıza Ibrahim Yusif – Misir
44. Əhməd Əbdülhafiz Mahmud Əbdülhüda – Misir
45. Müslüm Fuad Tarfan – Misir
46. Əymən Mahmud Sadiq Rüfət – Misir
47. Məhəmməd Səd Əbdünnəim Əhməd – Misir
48. Məhəmməd Səd Əbdülmüttəlib Əbdühü ər-Raziqi – Misir
49. Əhməd Fuad Əhməd Cad Baltacı – Misir
50. Əhməd Rəcəb Rəcəb Süleyman – Misir
51. Kərim Məhəmməd Məhəmməd Əbdüləziz – Misir
52. Əli Zəki Məhəmməd Əli – Misir
53. Naci Ibrahim əl-Uzuli – Misir
54. Şahata Fəthi Hafiz Məhəmməd Süleyman – Misir
55. Məhəmməd Məhərrəm Fəhmi Əbu-Zeyd – Misir
56. Amr Əbdünnasir Əbdülhaq Əbdulbari – Misir
57. Əli Həsən Ibrahim əz-Zahir – Misir
58. Mürtəza Məcid əs-Sindi – Bəhreyn
59. Əhməd əl-Həsən əd-Dəski – Bəhreyn
Təşkilatlar:
1. Qətər Könüllü İş Mərkəzi- Qətər
2. Doha Apple şirkəti (Internet və texnoloji dəstək şirkəti) – Qətər
3. Qətər xeyriyyə- Qətər
4. Şeyx Eyd Al Tani xeyriyyə təşkilatı – Qətər
5. Şeyx Tani bin Abdullah adına humanitar xidmətlər təşkilatı – Qətər
6. Benğazini Müdafiə Rotası – Liviya
7. Əl-Əştər Rotası – Bəhreyn
8. 14 fevral Koalisiyası – Bəhreyn
9. Müqavimət Rotası – Bəhreyn
10. Hizbullah Bəhreyn – Bəhreyn
11. Muxtar Rotası – Bəhreyn
12. Bəhreyn Azadlıq Hərəkatı – Bəhreyn
MilliYol.Az
Digər xəbərlər
loading...