Azərbaycanda dövlət qulluğuna qəbul üçün keçid ballarında dəyişiklik edilib
Bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) Hüquqi təminat və insan resursları şöbəsinin müdiri Vüqar Əsgərov məlumat verib.
V.Əsgərov deyib ki, dövlət qulluğuna qəbul üçün keçid ballarında azalmalar baş verib.
Məsələn, indiyə kimi hansısa nazirliyin mərkəzi aparatında məsləhətçi vəzifəsi üzrə keçid balı 75 idisə, indi həmin vəzifə üzrə keçid balı 70 müəyyən edilib. Eyni zamanda, inzibati vəzifələrin 7-ci təsnifatı üzrə məsləhətçi vəzifəsi üzrə keçid balı 70 idisə, indi 65 bal müəyyən edilib.
V.Əsgərov qeyd edib ki, əvvəllər inzibati vəzifələrin yalnız 5-7-ci təsnifatı üzrə dövlət qulluğuna qəbul müsabiqə ilə keçirilirdi. Lakin artıq aparat rəhbəri, şöbə müdiri kimi vəzifələr də müsabiqə ilə keçiriləcək.
Bundan başqa, test imtahanının vəzifə qrupları üzrə keçirilməsi də nəzərdə tutulur.
MilliYol.Az
Digər xəbərlər
loading...