Ayrıldıqları açıqlandığı gün müğənni Murad Bozla görüşdüyü ortaya çıxan aktrisa Aslı Enver bununla bağlı danışmaq istəməyib
MilliYol.Az Axşam.a-a istinadən xəbər verir ki, ötən gün Bebekdə məkanların birindən çıxan Aslı jurnalistlərin suallarını cavablandırmayıb. Ayrılmaları ilə bağlı heç bir suala cavab verməyən aktrisa “Murad Bozla yeni filminizin reklamı üçün ayrılıq oyunu oynadınız” sözlərini eşidən kimi səssizliyini pozub.
Sevgilisiylə baş rolu paylaşdığı “Canım kardeşim” filminin davamı üçün kamera qarşısına keçəcəyi söylənilən A.Enver “Filmin belə reklama ehtiyacı yoxdur” deyərək sürətlə avtomobilinə doğru gedib. Aktrisanın əhvalının bədbin olması da diqqətdən yayınmayıb.
MilliYol.Az
Digər xəbərlər
loading...