Azərbaycan Texniki Universitetində “Dövlət qulluğu sisteminin mahiyyəti və əhəmiyyəti” mövzusunda tədbir keçirilib
APA-nın xəbərinə görə, Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurası sədrinin müavini Bəhram Xəlilov bildirib ki, son 15 il ərzində Azərbaycanda yeni, müasir dövlət qulluğu sistemi yaradılıb.
Sədr müavini qeyd edib ki, ləğv edilmiş Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya yaradılmamışdan əvvəl dövlət qulluğuna qəbul zamanı bir sıra mənfi hallar mövcud olub.
B. Xəlilov qeyd edib ki, DİM mülki dövlət qulluğuna qəbul aparacaq.
DİM-in şöbə müdiri “Dövlət qulluğuna qəbulun Azərbaycan modeli” mövzusunda təqdimatla çıxış edib. Şöbə müdiri qeyd edib ki, 2015-ci il üzrə Azərbaycanda dövlət qulluqçularının sayı 30 123 nəfərdir.
Tədbir çıxışlarla davam edib.
MilliYol.Az
Digər xəbərlər
loading...