Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 0,54 dollar və yaxud 1,11% azalıb
"Azeri LT CIF" markalı neftin qiyməti 48,29 dollar/barelə bərabər olub. "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.
Qeyd edək ki, dünya bazarlarında Brent neftinin barelinin qiyməti 48 dollardan aşağı düşüb (Bakı vaxtı ilə saat 09:50-yə 47,81 dollar).
Azərbaycan büdcə gəlirləri üçün neftin qiymətini 40 dollar müəyyən edib. Bu qiymət ölkəmiz üçün kritik səviyyədir. Neft qlobal bazarlarda dolların bahalaşması, ABŞ-da neft ehtiyatlarının və hasilatının artması ilə əlaqədar olaraq ucuzlaşır. Rusiya neftin yenidən 40 dollara düşəcəyini proqnozlaşdırır.
MilliYol.Az
Digər xəbərlər
loading...