“Azəri Star” mahnı müsabiqəsindən tanınıb sevilən, “Qara-qara”, “Bluetooth”, “Lava”, “Optimist”, “Milyonların Arzusu” mahnıları ilə populyarlaşan müğənni Arzum Xəlilova ailə həyatı qurub.
Bir neçə ildir müğənnilik fəaliyyətini donduran A.Xəlilova bu dəfə axu.az-a ailə qurması barədə açıqlama verib: “İyun ayının 4-də Türkiyədə qız və oğlan toyu bir arada oldu. Həyat yoldaşımın işi ilə əlaqədar hələlik 6 ay Antalyada yaşayacağıq, sonra yenidən İstanbuldakı evimizə geri dönəcəyik”.
Arzum “Azərbaycanda da toy etmək fikriniz varmı” sualına “Xeyr. Çünki görmək istədiyim bütün əzizlərim yanımda idilər, Bakıdan toya çoxlu sayda qonaqlar gəlmişdilər” cavabını verib.
Müğənni “Yenidən sənətə qayıtmağı planlaşdırırsınızmı? Həyat yoldaşınız bu barədə sizi dəstəkləyirmi?” sualına isə belə cavab verib: “Həyat yoldaşım etiraz etmir, sadəcə səndən çox ayrı qalmaq istəmirəm söyləyir. Hər zaman sənin yanında olacağam, arzularına əngəl olmaycağam deyir. Sadəcə indi şou-biznesdə yaşıl işıq görmürəm”.
MilliYol.Az
Fotolar
Digər xəbərlər
loading...