Fransanın paytaxtı Parisdə Eyfel qülləsinin işıqları İranda baş vermiş terror aktları ilə əlaqədar söndürüləcək
Trend-in məlumatına görə, bu barədə Parisin meri Ann İdalqo “Twitter” səhifəsində yazıb.
O, qüllənin işıqlarının bu gecəyarısı söndürüləcəyini bildirib.
Qeyd edək ki, ötən gün İran parlamentinin binasına və Xomeyninin məqbərəsinə silahlı hücumlar olub. Terror aktları nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb, 52 nəfər yaralanıb.
MilliYol.Az
Digər xəbərlər
loading...