Əfqanıstan İslam Respublikasında NATO-nun həyata keçirdiyi “Qətiyyətli Dəstək” missiyası çərçivəsində Həmid Kərzai adına Kabul Beynəlxalq Hava Limanının (HİKA) təhlükəsizliyini təmin edən Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının nümunəvi xidməti və peşəkarlığı yüksək qiymətləndirilib
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, xidməti vəzifələrini yerinə yetirərkən fərqlənən Azərbaycan sülhməramlıları barədə HKİA Qarnizonu komandanı, briqada generalı Murat Selçuk Çol tərəfindən Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənova minnətdarlıq məktubu ünvanlanıb. Məktubda Azərbaycan sülhməramlılarının nümayiş etdirdiyi nümunəvi xidmətin səviyyəsindən böyük məmnunluq ifadə olunub: “Sizə Həmid Kərzai adına Beynəlxalq Hava Limanın hərbi hissəsində xidmət edən 52 ölkənin 5.000 nəfərədək hərbi qulluqçu və mülki işçi adından təşəkkürümü bildirirəm. Sayıq və intizamlı olmaqla yanaşı, göstərdikləri səylər nəticəsində Azərbaycan hərbçiləri təhlükəsizliyin təmin olunmasına, eləcə də qüvvələrin mühafizəsi qrupunun müvəffəqiyyət qazanmasına böyük töhfə verib. Azərbaycan sülhməramlıları sahib olduqları güclü dəyərlər və böyük məsuliyyət hissi ilə Türkiyə və digər beynəlxalq nümayəndələrlə dostluq münasibətləri qurublar. Azərbaycan bölüyünün bütün şəxsi heyəti ölkəsini yüksək səviyyədə nümunəvi şəkildə təmsil etməklə qazandıqları nailiyyətləri daha da önə çıxarmağı bacarıblar”.
MilliYol.Az
Digər xəbərlər
loading...