Millət vəkili Hüseynbala Mirələmov insult diaqnozu ilə xəstəxanaya yerləşdirilib
Mərkəzi Klinik Xəstəxanasından verilən xəbərə görə, hazırda deputatın müalicəsi reanimasiya şöbəsində davam etdirilir. Onun vəziyyəti stabildir.
Qeyd edək ki, Azərbaycan Milli Məclisinin deputatı, Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmovun səhhətində problem yaranıb. Beyindaxili təzyiqdən əziyyət çəkən deputat iki gün əvvəl ağır vəziyyətdə Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
MilliYol.Az
Digər xəbərlər
loading...