Lələtəpə döyüşünün iştirakçısı, Xocavənd rayon Tuğ kənd sakini, məcburi köçkün Haciyev Pərviz Rahib oğlu 06.09.2016-cı il təvəllüdlü Hacıyev Əlinin ağır xəstəliyinin müalicəsi üçün Birinci Vitse prezdent Mehriban Əliyevaya müraciət ünvanlayıb
MilliYol.Az həmin müraciətdə olduğu kimi təqdim edirik.
“Hörmətli Birinci Vitse prezdent Mehriban Əliyeva. Mən məcburi köçkün, Xocavənd rayon Tuğ kənd sakini, Lələtəpə yüksəkliyinin alınmasında fəal iştirkaçılardan biri olaraq sizə müraciət edərək övladım Əli Hacıyevin ağır xəstəliyinin müalicəsi üçün yardım göstərməyinizi xahiş edirəm. Hörmətli Mehriban Əliyeva ailə vəziyyətimin ağır olduğuna görə həkimlərin oğlum Əli Hacıyevin cərrahiyyə əməliyyatı üçün məndən istədikləri vəsaiti heç cür əldə edə bilmirəm. Çox hörmətli Mehriban Əliyeva oğlum Əli Hacıyevə “ikitərəfli çox ağır dərəcəli neyrosensor ağıreşitmə”, diaqnozu qoyulub. Həkimlər bildirirlər ki, övladımın normal insan həyatına qayıtması üçün cərahiyyə əməliyyatı mütləq lazımdır. Əgər cərahiyyə əməliyyatı olunmasa övladım gələcəkdə danışmaq və eşitmək qabiliyyətini birdəfəlik itirəcək. Çox hörmətli Birinci Vitse prezdent Mehriban Əliyeva, mənim və ailəmin bütün ümidləri ancaq sizədi. Sizdən rica edirik, bizim ümidimizi öldürməyin və övladımın bütün ömrü boyu əlil olmasına izn verməyin”.
Xocavənd rayon Tuğ kənd sakini, məcburi köçkün, Hacıyev Pərviz
Əlaqə nömrəsi (051) 421-81-80
MilliYol.az
Digər xəbərlər
loading...