Terrorçu “Aş-Şabab” qruplaşmasının Somalinin şimal-qərində yerləşən Af Urur şəhərini ələ keçirməsi nəticəsində 60-da çox hərbçi ölüb
RİA "Novosti” xəbər verir ki, bunu regionun qubernatoru Bari Yusuf Məhəmməd bildirib.
“İyunun 8-də səhər saatlarında “Aş-Şabab” Af Urur şəhərnə hücum edib. Hərbçilərin sayı az olduğundan terrorçular şəhəri ələ keçiriblər. Şəhərlə əlaqə kəsildiyindən qurbanların sayını dəqiqləşdirmək mümkün deyil”, - o vurğulayıb.
Terrorçular Somalinin 61 hərbçisini öldürdüklərini bildiriblər.
MilliYol.Az
Digər xəbərlər
loading...