Bu ABŞ rəhbərliyini gözlənilməz siyasi və hərbi addımlar atmasına rəvac verə bilər
Bu gün ABŞ prezidenti Donald Tramp üçün siyasi karyerasının ən önəmli hadisələrinən biri yaşana bilər. FTB direktoru Ceyms Komi Konqresdə 2016-cı ilə seçkiləri ilə bağlı Konqresdə keçirilən dinləmələrdə ifadə verəcək. Əgər Komi Trampın əleyhinə şahidlik etsə, iş prezidentə qarşı impiçment prosedurunun açılmasına qədər gedə bilər.
Bir çox ekspertlərin fikrincə, impiçment məsələsi prezidentin verdiyi qərarların qəbulunda, xüsusilə xarici siyasətlə bağlı fəaliyyətində ciddi təsir göstərən amilə çevrilib.
“1974-cü ilin avqustin 8-də Riçard Nikson mətbuat konfransında öz istefasını açıqladı. Lakin çox az adam prezidentin nitqinin 40%-nin xarici siyasi məsələlərə həsr etdiyini xatırlayır”, - Beynəlxalq münasibətlər üzrə şuranın üzvü Mika Zenko Foreign Policy jurnalında yazır.
“Bu çıxış birbaşa Arçibald Koksun 1973-cü ilin mayında Uotergeyt işinin araşdırılması ilə əlaqədar xüsusi prokuror təyin edilməsi, bundan 15 ay sonra isə Niksonun öz vəzifəsindən getməsi ilə bağlı idi. “Uotergeyt işi” ilə bağlı qalmaqalın üzə çıxması Niksonun verdiyi bütün qərarlara bu və ya digər şəkildə təsir göstərdi. Buraya Çilidə prezident Salvador Alyendenin öldürülməsi ilə nəticələnən dövlət çervilişinin ABŞ tərəfindən dəstəklənməsi, “Qiyamət günü müharibəsi” (Ərəb-İsrail savaşı-red.) zamanı İsrailə havadan silah və sursat dəstəyinin verilməsi (Nicke Grass əməliyyatı-red.), həmçinin SSRİ rəhbəri Leonid Brejnevlə görüşlərdə strateji nüvə silahlarının məhdudlaşdırılması ilə bağlı görülən fəaliyyət də daxildir”, - məqalədə qeyd olunur.
Zenko Donald Trampın dövründə də tanış mənzərənin yaşandığını vurğulayır.
“Lakin yəqin ki, Tramp təhqiqat tam başa çatana qədər oval kabinetdə qalmaqda davam edəcək. Əgər tarixin gedişinə inansaq, proses ən azı 2-3 il çəkə bilər. Bu isə xarici siyasətdə mühüm qərarların işlənib hazırlanması və gerçəkləşdirilməsi üçün kifayət sayılır.
“Məsələn, elə götürək Trampın hazırkı diplomatik gündəminin mərkəzində yer alan Şimali Koreya problemini...
"Prezident Tramp gündən-günə artan qalmaqallar, eyni şəkildə azalan reytinqlərlə, hətta impiçment təhlükəsi ilə üz-üzə gələrkən Şimali Koreyaya ediləcək preventiv zərbənin bunun əvəzini ödəyəcəyini düşünə bilər.
Tarixi mənbələr daxili qeyri-sabitliklə üzləşən hökumət başçlarının ictimai dəstək qazanmaq və ictimaiyyətin diqqətini başqa tərəfə yönəltmək məqsədilə bu cür “diqqəti yayındıran” müharibələrə al atdığı barədə məlumatlar verir”, - Mika Zenko qeyd edir.
Məqalə müəllifi böyük Buşun 1989-cu ildə Panamaya hərbi müdaxiləsi (prezident Manuel Noryeqanın devrilməsi-red.) və Bill Klintonun 1998-ci ildə əl-Qaidə mövqelərinə zərbə endirilməsi kimi nümunələr gətirir.
“Lakin adətən belə qərarları qəbul edən prezidentlər ətraf mühitə olduqca inamsız yanaşır və dünyanı sadəcə olaraq ağ- qara rənglərdə görür. Məhz bu xüsusiyyət Trampın xarakterini əla izah edir”, - məqalə müəlllifi yazır.
Zenkonun fikrincə, mühasirədə qalan prezident üçün mümkün çıxış yollarından biri də işlərdən yavaş-yavaş uzaqlaşması ola bilər. Məsələn, 1974-cü ilin iyulundan sonra o, xarici siyasətə bağlı demək olar ki, bütün məsələlərdə dövlət katibi Henri Kissinceri tam külli-ixtiyar sahibi etmişdi.
“1974-cü ilin iyulunda Türkiyə Kiprə hərbi müdaxilə həyata keçirərkən Kissincer sadəcə olaraq hadisə barədə Niksona məlumat verməklə kifayətlənmişdi”.
Tramp isə müdafiə naziri Ceyms Mettisə tam səlahiyyət veridiynə görə o, indi hərbi məsələlərdə “azad hərəkət” hüququna malik olub....
MilliYol.az
Digər xəbərlər
loading...