“Hələlik Səudiyyə Ərəbistanının bu terror hadisəsində rolu ilə bağlı fikir bildirmək tezdir”
MilliYol.Az APA-ya istinadən verdiyi məlumata görə, bunu İranın təhlükəsizlik naziri Seyid Mahmud Ələvi terror hadisələrində yaralanan şəxslərə baş çəkərkən deyib. O bildirib ki, Səudiyyə Ərəbistanının dünyada baş verən terror hadisələrini dəstəkləməsinə heç bir şübhə yoxdur: “İraq və Suriyada terrorçuları səudiyyəlilərin dəstəkləməsinə dair izlər açıq görünür. Dünyada hamı bu düşüncədədir ki, terror qruplaşmalarının arxasında Səudiyyə Ərəbistanı dayanır və hətta onların ideoloji mərkəzi Səudiyyə rejimidir. Lakin istəmirik sənədsiz, sübutsuz söz deyək. Ona görə, bu terror hadisəsini Səudiyyə Ərəbistanının törətdiyini söyləməyə tələsmirik. Hələlik məsələ araşdırılır”.
M. Ələvi qeyd edib ki, terror törədən qrupların arxasındakı şəxslər müəyyən edilib və onların bəziləri həbs olunub. Nazir diqqətə çatdırıb ki, bu, ilk terror layihəsi deyil: “Son iki ildə 100-dən çox terror layihəsi müəyyən edilib və zərərsizləşdirilib. Son ay və son günlərdə terrorçular tərəfindən güclü basqı var idi. Belə ki, hər həftə 2-3 nəfərlik qruplar və ya şəxsləri müəyyən edib, zərərsizləşdirirdik”.
Xatırladaq ki, Tehranda iyunun 7-də törədilən terror hadisələrində ölənlərin sayı 17 nəfərə çatıb.
MilliYol.Az
Digər xəbərlər
loading...