ATƏT-in Minsk Qrupunun həmsədrləri iyunun 10-da regiona səfər edəcəklər
MilliYol.Az APA-ya istinadən verdiyi məlumata görə, bunu bu gün keçirdiyi brifinqdə Rusiya XİN rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
O, həmsədrlərin iyunun 10-da Ermənistana səfər edəcəklərini, prezident Serj Sarkisyanla və müdafiə naziri Vigen Sarkisyanla görüşəcəklərini söyləyib: “Danışıqlar zamanı Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyət müzakirə olunacaq”.
M. Zaxarova həmsədrlərin Dağlıq Qarabağa da səfərinin gözlənildiyini bildirib: “Ermənistana və Qarabağa səfərdən bir həftə sonra isə həmsədrlər Bakıya səfər edəcəklər. Səfərlərin yekununda həmsədrlərin birgə bəyanatı olacaq”.
MilliYol.Az
Digər xəbərlər
loading...