ABŞ prezidenti Donald Tramp Qətər əmiri Təmim bin Hamad əl Sani ilə telefonla danışıb
MilliYol.Az Avropa.info-ya istinadən xəbər verir ki, Ağ Evdən edilən yazılı açıqlamada Trampın telefon danışığı zamanı ölkəsinin Körfəz İşbirliyi Təşkilatı ilə güclü tərəfdaşlıq etdiyini, bölgədə sabitliyin bərqərar olması üçün çalışdıqlarını qeyd etdiyi bildirilib.
“Prezident ekstremizm tərəfdarı olan ideologiyaların və terror təşkilatlarının maliyyələşdirilməsini əngəlləmək üçün birgə fəaliyyətə ehtiyac olduğunu deyib. Tramp Qətər əmirinə lazım gələrsə, bir toplantı keçirməklə tərəflər arasında həll edilməli məsələlərin həlli üçün köməyini təklif etdi.
Tramp dünən də Səudiyyə Ərəbistanı kralı Salman bin Abdulaziz ilə telefonda görüşmüşdü. İki liderin terror təşkilatlarının maliyyələşdirmənin və regiondakı ekstremizm tərəfdarı ideologiyaların yayılmasının qarşısının alınmasıyla bağlı məsələləri müzakirə etdiyi bildirilmişdi” deyə Ağ Evdən yayılan açıqlamada bildirilir.
Qeyd edək ki, Tramp bundan öncə Tvitterdə yazdığı bir tvitdə Qətəri ittiham etmişdi.
MilliYol.Az
Digər xəbərlər
loading...