İyunun 8-də Böyük Britaniyada parlamentin aşağı palatasına növbədənkənar seçkilər keçirilir
BBC xəbər verir ki, London üzrə seçki məntəqələri saat 07:00-dan açıqdır.
Son üç il ərzində bu, Britaniyada artıq üçüncü ümummilli səsvermədir: daha öncə keçirilən parlament seçkiləri 2015-ci ildə baş tutub, 2016-cı ilin yayında isə Böyük Britaniyanın Aİ-də üzvlüyünə dair referendum keçirilib.
İyun seçkilərinin əsas mövzuları – “Brexit” və sosial-iqtisadi siyasətdir.
Xatırladaq ki, parlamentin aşağı palatasına növbədənkənar seçkilərin keçiriləcəyi barədə ölkənin baş naziri Tereza Mey aprel ayında bəyanat vermişdi. O, təcili seçkiləri ölkənin Avropa İttifaqından çıxmağa dair danışıqlara başladıqdan sonra yaranan vəziyyətdə stabilliyin yaradılmasına can atmaqla izah etmişdi.
MilliYol.Az
Digər xəbərlər
loading...