“Heç kimi yarı yolda qoyub qaçmadıq. Sadəcə, yolun sonuna qədər bizimlə gəlmək istəməyənlər oldu. Dostluğumuz bazara yox, məzara kimidir”
Axşam.az-ın məlumatına görə, bu sözləri rejissor Kənan M.M. deyib.
Rejissor aktrisa Pərvin Abıyeva ilə aralarındakı münasibətə aydınlıq gətirib. O, yayılan bəzi söz-söhbətlərin şayiə olduğunu vurğulayıb:
“İnsanları düşünmə və anlama tərzi başqadır. Mənbəyi, mənşəyi və cinsiyyəti bəlli olmayan bəziləri öz anlayışı və tərbiyəsi üzərindən xəbərlər verdi. Biz könül dostumuzu yarıyolda buraxacaq qədər etibarsız deyilik. Dost itirən yaşımız deyil. İki dəfə dost itirdim, Allah heç kimə yaşatmasın. Həmişə yıxanın yox, yıxılanın yanında olmuşam. Bu günə kimi baş verən hadisələrlə bağlı heç kimə əxlaqsız kəlmə demədim, səbr etdim, dözdüm. Valideynlərimin mənə verdiyi tərbiyəni, ailəmi düşünmüşəm. Amma görünür öz ailəsini düşünməyənlər oldu. Bizə düşmən lazım deyil. Əlimizdəki bütün işləri atıb başqasının həyatı ilə yazı-pozu edənik. Qəribədir, bəzisinə hər şey etmək olar, bəzisinə isə yox. Öz hislərimizi ifadə etməkdən məhrum olmuşuq. Susursan, qorxaq və haqsız deyirlər, danışanda isə kobud olursan.
Əziz dostum Pərvin, qəlbimdə sonuna kimi yerin var. Həyatına davam et. Sənə nifrət edənlər sənə həsəd aparanlardır”.
Qeyd edək ki, Kənan M.M.-in "Maşın" şouda iştirakı zamanı Pərvin Abıyevaya "bacım" deməsi sosial şəbəkədə müzakirələrə səbəb olmuşdu.
MilliYol.Az
Digər xəbərlər
loading...