İran Prezidenti Həsən Ruhani Tehranda törədilən terror aktları ilə əlaqədar dünya ictimaiyyətinə müraciət edib
“Qafqazinfo” xəbər verir ki, Ruhani dünya dövlətlərini beynəlxalq terrorizmə qarşı birləşməyə çağırıb.
O bildirib ki, terror təkcə İranın deyil, bütün dünyanın problemidir. “Qlobal xarakter daşıyan bu problemin tamamilə aradan qaldırılması üçün dünya dövlətləri mütləq birləşməlidirlər. Heç bir dövlət beynəlxalq terrorizmlə mübarizədə təkbaşına qalib gələ bilməz”.
Xatırladaq ki, iyunun 7-də Tehranda törədilən iki terror aktı zamanı 12 nəfər həlak olub.
MilliYol.Az
Digər xəbərlər
loading...