Bakıda qadınlara qarşı zorakılıq edən şəxs saxlanılıb.
ARB TV xəbər verir ki, iyun ayının 3-ü saat 18 radələrində Nəsimi rayonu ərazisində naməlum şəxs Bakı şəhər sakini Ülkər Rəhimovaya zor tətbiq etməklə, onun qızıl boyunbağısını qırıb götürərək, hadisə yerindən qaçıb.
Nəsimi Rayon Polis İdarəsi və ərazidə olan Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının operativ şəkildə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Alı Tağıyev hadisə yerindən bir neçə yüz metr kənarda saxlanılıb. Araşdırma zamanı saxlanılan şəxsin həmin gün Nəsimi rayonu ərazisində Dilarə Qəniyeva adlı başqa bir qadını da döyərək, qızıl qoyunbığısını quldurluq yolu ilə ələ keçirdiyi məlum olub.
Alı Tağıyev – Saxlanılan şəxs: "Bakı şəhərində 5 cinayətim olub. 4-ü Nəsimi rayonunda, 1-i Nərimanov rayonunda. Qadınlara qarşı eləmişəm. Qadınları izləyib, harada alınırdı rahat götürürdüm, harada alınırdı döyürdüm”.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır.
Polis əməkdaşları quldurluq və soyğunçuluq etməkdə şübhəli bilinən bu şəxsin digər cinayətlərdə iştirakını istisna etmirlər. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili işlər Nazirliyinin "102” Zəng Mərkəzinə və ya Nəsimi RPİ-nə müraciət edə bilərlər.
MilliYol.Az
Digər xəbərlər
loading...