Xuraman Rüstəmova icra başçısına 35 min manat rüşvət verdiyini iddia edir
Şöbə müdiri gəlinini 3 saylı orta məktəbə direktor təyin etməyə çalışır
Şöbə müdiri gəlinini 3 saylı orta məktəbə direktor təyin etməyə çalışır
Beyləqan Təhsil Şöbəsinin müdiri Xuraman Rüstəmova rayonda narazılığa səbəb olub. Bu barədə MilliYol.Az-a rayondakı mənbələrdən məlumat daxil olub.
Məlumatda bildirilir ki, 3 saylı orta məktəbin direktoru vəzifəsindən Təhsil Şöbəsinə müdir gətirilən Xuraman Rüstəmova direktorlardan pul yığmağa başlayıb. Maraqlıdır ki, xanım müdir bu işi icra başçısı Vaqif Abdullayevin adından edir. Bildirilir ki, Xuraman Rüstəmova direktorlara Vaqif Abdullayevin maliyyə yoxlamasına görə ona pul yığmağı tapşırıb. Guya icra başçısının tapşırığını yerinə yetirən şöbə müdiri də hər direktordan 500 manat tələb edib. Böyük məktəblərdə bu məbləğin daha da artıdığı bildirilir.
Mənbənin sözlərinə görə, Xuraman Rüstəmovanın bu addımı bir çox direktorun narazığına səbəb olub. Əksər kənd məktəblərinin müdirləri onun bu istəyinə qarşı çıxıb və pul verməkdən imtina edirlər.
MilliYol.Az-a məlumat verən mənbə bildirir ki, Xuraman Rüstəmovanın bu addımının iki səbəbi ola bilər. Ya Vaqif Abdullayev onun bu əməlindən xəbərdardır, ya da o, icra başçısının adından rüşvət yığmaqla həm öz cibini doldurur, həm də başçının adını ləkələyir. Mənbə ikinci varianta üstünlük verərək bildirir ki, böyük ehtimalla Vaqif Abdullayevin bundan xəbəri yoxdur. Xuraman Rüstəmova özbaşına belə bir addım ataraq Vaqif Abdullayevin imicini ləkələyir.
Məlumatlı mənbə onu da qeyd edir ki, Xuraman Rüstəmova Beyləqan Təhsil Şöbəsinin müdiri təyin olunmaq üçün Vaqif Abdullayevə 35 min manat rüşvət verdiyini hər yerdə açıq-aşkar bildirir. Həmçinin bildirilir ki, Xuraman Rüstəmovanın vaxtı ilə başçılıq etdiyi 3 saylı orta məktəblə bağlı bir çox şikayətlər olub. Amma onu heç kim toxuna bilməyib.
Maraqlı məqamlardan biri isə odur ki, hazırda 3 saylı orta məktəbin direktor əvəzi Xuraman Rüstəmovanın gəlinidir. Məlumata görə, şöbə müdiri gəlinini məktəbin direktoru vəzifəsinə təyin etməyə çalışır.
MilliYol.Az-ı məlumatlandıran mənbə Xuraman Rüstəmova ilə bağlı başqa informasiyalar da təqdim edib. Onlarla bağlı araşdırmalarımız davam edir.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq...
MilliYol.Az
Digər xəbərlər
loading...