Türkiyədə "Amnesty International" hüquq-mühafizə təşkilatının yerli ofisinin rəhbəri Taner Kılıç 15 iyul hərbi çevrilişinə aidiyyəti olmaq şübhəsi ilə saxlanılıb
Bu barədə təşkilatın bəyanatında deyilir.
Məlumata görə, çərşənbə günü Kılıçla birlikdə İzmirdə təşkilatın Türkiyə ofisinin daha 22 əməkdaşı saxlanılıb.
“Onların beynəlxalq cinayətkar fəaliyyətə aidiyyəti olmasına dair əsaslı dəlil və sübut olmadığı üçün Türkiyə hakimiyyətini Taner Kılıçı və 22 hüquqşünası azad etməyə, onlar haqqında irəli sürülmüş ittihamı geri götürməyə çağırırıq”, - təşkilatın baş katibi Salil Şettinin bəyanatında deyilir.
2016-cı ilin iyulun 15-dən 16-na keçən gecə Türkiyədə bir qrup qiyamçı dövlət çevrilişinə cəhd edib. Əsas qarşıdurmalar Ankara və İstanbulda olub. 246 türk vətəndaşı həlak olub, iki minə yaxın adam müxtəlif dərəcəli xəsarət alıb, qiyam yatırılıb.
Türkiyə hakimiyyəti qiyamın təşkilində Fətullah Güləni ittiham edərək ABŞ-dan onun ekstradisiyasını tələb edir.(oxu.az)
MilliYol.Az
Digər xəbərlər
loading...