Trampla fikir ayrılığına görə
MilliYol.Az "AzPolitika.info"-ya istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) ədliyyə naziri Ceff Seşns Prezident Donald Trampla aralarında olan fikir ayrılığına görə, postundan istefa verməyə hazır olduğunu bildirib.
Xəbəri «Ey-bi-ci» telekanalı yayıb.
Telekanalın mənbələri təsdiqləyiblər ki, son vaxtlar Tramp müntəzəm olaraq, Seşnsi tənqid edib, xüsusilə prezident seçkilərinə Rusiyanın müdaxiləsi məsələsi üzrə araşdırmalara rəhbərlik etməkdən boyun qaçırdığına görə tənqid edib.
Bununla belə, telekanal nazirin istefa vermək barədə nə vaxt bəyanatla çıxış etdiyini və Ağ Ev administrasiyasının buna hansı reaksiyanı verdiyini dəqiqləşdirməyib.
MilliYol.Az
Digər xəbərlər
loading...